İnventarlaşdırma
İnventarlaşdırma Bölməsi – Ümumi Məlumatlandırma
İnventarlaşdırma prosesini izləmək üçün İnventar → İnventarlaşdırma bölməsinə daxil oluruq. Bu səhifədə əvvəlcədən etdiyiniz sayımların vəziyyətini asanlıqla izləyə bilərsiniz. Burada aşağıdakı məlumatları görə bilərsiniz:
- İnventarlaşdırma sənədlərinin seçilən tarix aralığındakı sayı
- İD kodu
- Prosesin emalda olub-olmaması
- Hansı anbarın sayımının edilməsi
- Sənədin statusunun təsdiqlənmiş və ya qaralama olması
- Yaradılma, əməliyyat və yoxlanış vaxtı
- Fərqin dəyəri (Gözlənilən qalıq - Toplam qalıq)
- Ümumi inventar dəyəri (Faktiki anbar qalığı x Maya dəyəri)
Baxış düyməsinə klikləyərək həyata keçirilən inventara baxa bilərsiniz. Əgər inventarlaşdırma sənədi təsdiqlənməyibsə, bu halda "Baxış" sözü yerinə "Açıq" yazısı görünəcək.
İnventarlaşdırma sənədinə müdaxilə:
İnventarlaşdırma sənədinin qarşısındakı 3 nöqtəyə klikləyərək bir neçə əməliyyat seçə bilərsiniz:
- Sil – Bu düyməyə klikləyərək inventarlaşdırma sənədini tamamilə silə bilərsiniz.
- Eksport – İnventarlaşdırma sənədini Excel faylı olaraq kompüterə yükləmək üçün istifadə olunur. Cədvəldə hansı bölmələr aktiv olunubsa, eksport edilən zaman həmin bölmələr Excel faylına yüklənir.
- Dublikat – Əgər hər ay eyni anbarda eyni məhsulları sayırsınızsa, bu funksiya işinizi asanlaşdırar. Həmin məhsulları yenidən sənədə əlavə etməyə ehtiyac olmadan yeni sənəd yaradılır. Bu halda, faktiki anbar qalığının göstərildiyi sütun boş qalır və yeni sənəd açılır.
- İmtina – Təsdiqlənmiş inventarlaşdırma sənədini imtina etdiyiniz zaman sənəd silinmir, amma həyata keçirilən əməliyyat ləğv olunur və sənədin statusu qaralama vəziyyətinə keçir.
Filtr
- Məhsul filtri – Burada məhsulun adını axtarışa daxil etdikdə, seçilmiş tarix aralığında həmin məhsul hansı inventarlaşdırma sənədlərində varsa, yalnız o sənədlər göstərilir.
- Anbar – Hansı anbarda olan inventarlaşdırma sənədlərinə baxmaq istəyirsinizsə, həmin anbarı seçə bilərsiniz.
- Silinmişləri göstər – Silinmiş inventarlaşdırma sənədlərini siyahıya əlavə edir. Lakin unutmayın ki, silinmiş sənədlər geri qaytarıla bilməz. Silinmiş sənədlərin statusu qaralama vəziyyətinə keçir və onlara baxış keçirmək mümkün olmur.
Yeni Sayım Sənədi Yaratmaq:
Sağ yuxarı küncdə yerləşən +Yarat düyməsinə klikləyərək yeni bir sayım sənədi yarada bilərsiniz.
- Əməliyyat Vaxtı - Sayımı tamamladığınız vaxtı qeyd etməlisiniz. Burada hansı tarix qeyd edilsə, həmin tarixdə anbarda olan gözlənilən qalıq ilə qarşılaşacaqsınız. Həmin tarixə uyğun anbar qalığı göstəriləcəkdir.
- Anbar - Sayım etmək istədiyiniz anbarı seçirsiniz. Seçdiyiniz anbarın aktiv statusu olmalıdır. Əks halda, etdiyiniz sayım əsassız olacaqdır.
- Açıqlama - Burada yazdığınız açıqlama inventarlaşdırma sənədləri siyahısında göstərilir. Əgər açıqlamanı görmürsünüzsə, cədvəldən açıqlama sütununu aktiv etməlisiniz.
Sayım Addımları:
Sayımı aparmaq üçün iki növ addım mövcuddur:
- Addım 1: Bu addım, yeməklərin (texniki kartların) və ya yarımfabrikatların tərkibindəki inqrediyentlərin sayımını aparmaq üçün istifadə olunur. Bu addımda qeyd edəcəyiniz faktiki anbar qalığı, həmin miqdara uyğun tərkib üçün Addım 2-yə keçəcək.
- Addım 2: Bu addımda, artıq tərkibi saymağa başlaya bilərsiniz. Yəni, Addım 1-də qeyd etdiyiniz faktiki miqdar əsasında tərkibin sayımı aparılır.Məhsulları inventarlaşdırma sənədinə əlavə etmək üçün "Əlavə et" düyməsindən istifadə edərək məhsulları siyahıya əlavə edə bilərsiniz.
Addım 1: İnventarlaşdırma Sənədində olan Məlumatlar:
- Məhsulun ID kodu
- Məhsulun növünə uyğun ikonlar
- Məhsulun adı
- Barkodu (varsa)
- Kateqoriyası
- Faktiki anbar qalığı qeyd etmək üçün sütun
- Məhsul haqqında şərh yazmaq üçün yer
Bu məlumatları Addım 1-də qeyd etdikdən sonra, Addım 2-yə başlaya bilərsiniz.
Addım 2: Anbardakı Məhsulların Sayımı
İkinci addım anbarda olan mal, məhsul, yemək və yarımfabrikatların sayımını aparmaq üçün istifadə olunur. Əgər siz anbarda məhsulların sayımını etmək istəyirsinizsə, bu addımdan istifadə etməlisiniz.
Addım 1-də məlumatları qeyd etdikdən sonra, həmin tərkibdəki məhsullar Addım 2-yə keçir. Bu səhifədə Əlavə et düyməsinə klikləyərək, istənilən məhsulu inventarlaşdırma sənədinə əlavə edə bilərsiniz.
Addım 2: İnventarlaşdırma Sənədində olan Məlumatlar:
- Məhsulun ID kodu
- Məhsulun növünə uyğun ikonlar
- Kateqoriyası
- Məhsulun adı
- Barkodu (varsa) – Barkod ilə axtarış etmək istəyirsinizsə, Əlavə et düyməsinə klikləyib barkodu skan edərək məhsulu tapmaq kifayətdir. Məhsul axtarış səhifəsinə gələcək və onu seçə bilərsiniz.
- Son yoxlama – Əgər məhsul əvvəllər inventarlaşdırılıbsa, onun inventarlaşdırma tarixini və saatını görəcəksiniz. İnventarlaşdırma edilməyibsə, (-) işarəsi olacaq.
- Başlanğıc miqdarı – Əgər məhsul əvvəllər inventarlaşdırılıbsa, başlanğıc miqdarı öncəki inventarlaşdırma sənədində faktiki anbar qalığına qeyd edilən miqdar qeyd olunur. Əgər məhsul (yalnız inqrediyent) yeni yaradılıbsa, yaradıldığı zaman qeyd etdiyimiz ilkin miqdar başlanğıc miqdarı olaraq yazılır.
- Tədarük olunub – Tədarük olunan miqdar.
- İstifadə olunub – Satışda istifadə edilən miqdar.
- Tullantı miqdarı – Tullantı olunan miqdar.
- Tullantı dəyəri – Tullantı olmanın maya dəyəri.
- Köçürmə olunma miqdarı – Anbardan digər anbara köçürülən miqdar ilə digər anbardan köçürülən miqdarın fərqi göstərilir.
Misal:
Bar anbarından Mətbəxə 9 ədəd Cola köçürmüşük.
Mətbəxdən Manqal anbarına 2 ədəd köçürmüşük.
Bu halda, köçürmə sütununda 7 ədəd köçürüldüyü göstəriləcək
Əlavə olaraq, köçürmə bölməsindəki miqdarın üzərinə klik etdikdə, sağ tərəfdə köçürmə ilə bağlı ətraflı pəncərə açılır, burada əməliyyatın detalları göstərilir.
- Satışın geri qaytarılma miqdarı – Satışdan geri qaytarılan miqdar.
- Tədarükçüyə qaytarılan – Tədarükdən sonra tədarükçüyə qaytarılan miqdar.
- İstehsalatda istifadə olunan miqdar
- Gözlənilən qalıq – Seçilmiş tarixdə seçilmiş anbarda olması gözlənilən miqdar.
- Faktiki anbar qalığı – Sayım nəticəsində faktiki olaraq qeyd edəcəyimiz miqdarı bu sütuna yazırıq.
Hazırlamalardan gələn – Bu bölmədə, Addım 1-də qeyd etdiyimiz porsiyaya uyğun olaraq, Addım 2-də hesablanmış miqdar göstərilir.
Misal:
- Apelsin şirəsi texniki kartında anbarda 5 porsiya qalıb.
- Addım 1-də bu 5 porsiyanı qeyd edirik.
- Addım 2-də isə Apelsin (kq) inqrediyenti daxil edilir və 5 porsiya üçün lazım olan miqdar hazırlanmadan gələn bölməsində qeyd olunur.
Əgər bu hazırlanmadan gələn miqdara klik etsək, sağ tərəfdə əməliyyatın detalları göstərilən pəncərə açılır. Bu pəncərədə aşağıdakı cədvəl görünür:
- Yazdığımız porsiya
- Bir vahidin tərkibindəki miqdar (1 porsiya üçün lazım olan kq)
- Hazırlanmadan gələn inqrediyentin toplam miqdarı.
Hesablama belə aparılır:
Məhsul qalığı × Bir vahidin tərkibindəki miqdar = Hazırlanmadan gələn toplam miqdar.
- Toplam qalıq – Faktiki anbar qalığı ilə hazırlamalardan gələn qalığın cəmidir. 1-ci addımda əlavə edilmiş texniki kartlar və yarımfabrikatların tərkibindən, 2-ci addıma gələn tərkiblərin (inqrediyent və hazır məhsul) cəmi ilə faktiki anbar qalığının cəmi təşkil olunur.
- Orta maya dəyəri – Keçən inventarlaşdırma ilə indiki arasında olan anbara daxil olan maya dəyərlərinin orta maya dəyəri.
- Sonuncu maya dəyəri – Anbara daxil olan ən sonuncu maya dəyəri.
- Ümumi maya dəyəri – Toplam qalıq ilə orta maya dəyərinin hasilidir.
- Vahid fərqi – Gözlənilən qalıq ilə toplam qalığın fərqi.
- Fərqin dəyəri – Vahid fərqinin maya dəyəri ilə hasilidir.
- Şərh – Məhsul haqqında şərh yaza bilərsiniz. Bu şərh növbəti dəfə bu inventarlaşdırmaya nəzər yetirdiyiniz zaman, həmin şərh ilə qarşılaşacaqsınız.
Məlumatların Saxlanması və Yoxlanması
Bütün məlumatları daxil etdikdən sonra, "Saxla" düyməsinə klikləyərək sənədi qaralama olaraq saxlaya bilərsiniz. Bu halda yazdıqlarımız sistemə tətbiq edilməyəcək və sənəd "qaralama" olaraq saxlanacaq. Sonradan və ya birbaşa qaralama etmədən də "İnventarlaşdırma yoxlamasını aparın" düyməsinə klikləyərək təsdiqləmə edə bilərik.
Statusu "qaralama" olan inventarlaşdırma sənədi narıncı rəngdə işarələnir və mausun üzərinə gətirdikdə statusu görünür. "Yaşıl" rənglə işarələnmiş sənədlər isə təsdiqlənmiş sənədlərdir.
Yeniləndi: 16/10/2025
Təşəkkürlər!









