🖥️ E-Kassa Xətaları və Onların Həlli
E-kassa istifadə zamanı müxtəlif xətalarla qarşılaşa bilərsiniz. Bu problemləri həll etmək üçün addım-addım yoxlamalar aparmaq vacibdir. Aşağıda e-kassa xətası zamanı nə edilməli olduğunu sadə dildə izah edirik.
🟢 Əsas Yoxlama: Ping Atmaq
Ən birinci yoxlanmalı məsələ e-kassanın şəbəkəyə qoşulub-olmadığını yoxlamaqdır. Bunun üçün terminaldan ping atın. Ping davamlı olaraq (-t parametri ilə) göndərilsə, problemi həll edəndə dərhal xəbəriniz olacaq.
1️⃣ Ping Getmirsə Ediləcək İşlər ❌
Əgər ping göndərsəniz də cavab gəlmirsə:
- Cihazları yenidən başladın 🔄: Router, modem və e-kassanı söndürüb yenidən açın.
- Şəbəkə uyğunluğunu yoxlayın 📶: Terminal və e-kassa mütləq eyni şəbəkəyə qoşulmalıdır (Wi-Fi və ya LAN).
- Mobil telefonla yoxlayın 📱: Eyni şəbəkəyə qoşulub telefonun IP-sinə ping atın. Əgər telefon işləyirsə, amma e-kassa yoxdursa, bu, e-kassanı şəbəkə kartında problem olduğunu göstərir. Bu halda, e-kassa şirkətinə müraciət etmək lazımdır.
- E-kassanın IP-sini yoxlayın 🌐: IP dəyişibsə, ya rezerv olunmayıb, ya da static olaraq təyin edilməyib. Arxa paneldə qeyd olunan IP static olaraq təyin olunmalıdır ki, dəyişiklik olmasın.
- IP rejimini yoxlayın ⚙️: E-kassa statik (Static) və ya dinamik (DHCP) rejimində işləyir. Statik IP təyin edildikdə ping cavab verməyə bilər, DHCP rejimində isə işləyə bilər.
- IP aralığını yoxlayın 🔢: Statik IP problemi varsa, təyin olunan IP aralığını dəyişmək lazımdır. Aşağı IP-də problem varsa, yuxarı IP, yuxarı IP-də problem varsa, aşağı IP seçin.
2️⃣Ping Gedirsə Ediləcək İşlər ✅
Əgər ping uğurla gedirsə:
- E-kassa xətalarını yoxlayın 🔍: “Yoxla” düyməsini basaraq qarşılaşdığınız xətanın e-kassa xətaları siyahısında olub-olmadığını yoxlayın.
- IP toqquşmasını yoxlayın ⚠️: E-kassanın şəbəkəsini söndürün. Əgər ping hələ də gedirsə, IP toqquşması baş verib deməkdir.
- Porta ping gedir mi 🔌: Bunun üçün e-kassanızın tipinə görə xüsusi yoxlamalar tələb olunur:
- Omnitech: API V2 açıq olmalıdır.
- Azsmart: SmartOne proqramı açıq olmalı və Fiskal printer rejimi aktiv olmalıdır (3 xətt → Ayarlar → Rejimlər → Fiskal printer).
- Caspos: Inteqrasiya səhifəsi açıq olmalı və inteqrasiya servisi işə salınmalıdır.
- NBA: Cihazda sadəcə Fiskal servis olmalıdır. Cihazı söndürüb-yandırdıqda Token ilə bildiriş gəlir və qəbul edilməlidir.
- Növbəni yoxlayın ⏱️: Növbə bağlıdırsa, çek göndərərkən xətalar yaranır. Növbə açıq olmalıdır, xüsusilə 24 saatdan uzun müddət üçün.
- X hesabatı yoxlayın 📊: Hesabat düzgün yaradılıb-olmadığını yoxlayın.
Yeniləndi: 16/03/2026
Təşəkkürlər!