Məqalələr: Menyu
Bu məqalə də mövcuddur:

Hazır məhsullara seçimlərin tətbiqi

Clopos-da hazır məhsula seçimlər və dəyərlər əlavə etmək, eyni məhsulun fərqli ölçü, rəng və digər xüsusiyyətlərinə görə müxtəlif variantlarını avtomatik yaratmağa imkan verir. Bu funksiya, xüsusilə geyim, ayaqqabı, aksesuar və bir neçə xüsusiyyəti eyni anda olan məhsullar üçün olduqca faydalıdır. Bu üsulla siz həm stok idarəçiliyini daha dəqiq qura bilir, həm də kassada doğru məhsulun daha rahat seçilməsini təmin edirsiniz.


💡Hazır məhsula seçim əlavə etmək üçün mağazanızın tipi mütləq brend “Shop” olmalıdır. Brend Shop tipi seçilmədiyi halda məhsul variantları əlavə etmək mümkün olacaq amma seçim əlavə etmək olmayacaq.


Seçimlərin yaradılması


Seçimli Hazır məhsul yaratmaq üçün ilk növbədə onun seçimlərini yaratmaq lazımdır . Bunun üçün Vitrin→Seçimlər bölməsinə daxil olub, +Yarat düyməsinə klik edirik.


Variant seçimlərinin qurulması və idarə edilməsi


Seçimlər məhsulun müxtəlif xüsusiyyətlərini sistemdə strukturlaşdırılmış şəkildə idarə etməyə imkan verir.

Ad – seçimin sistemdəki texniki adıdır; məsələn, məhsulun tipindən asılı olaraq Rəng, Ölçü, Material və s. kimi qeyd oluna bilər.

Görünən adı – həmin seçimin terminalda açılan pəncərədə kassir və ya istifadəçi üçün necə görünəcəyini təyin edir; yəni seçim siyahısında göstərilən mətn bu xanada yazılır.

Dəyərlər isə seçimin alt xüsusiyyətləridir. Məsələn, Rəng seçimi üçün dəyərlər ağ, qara, qəhvəyi, Ölçü seçimi üçün isə 36, 37, 38, 39, 40 ola bilər.

Məsələn, “Ayaqqabı” adlı hazır məhsul üçün siz həm Ölçü (36–40), həm də Rəng (Ağ, Qara, Qəhvəyi) seçimlərini əlavə etdikdə, sistem bu dəyərləri kombinə edərək məhsulun variantlarını formalaşdırır (məsələn: 36 / Ağ, 37 / Qara və s.). Bu variantların hər biri üçün ayrıca stok, qiymət və digər parametrləri idarə etmək mümkün olur.

onra daxil oluruq Vitrin →Məhsullar bölməsində +Yarat düyməsinə klik edib, Hazır Məhsul seçirik.



Variantlar bölməsinə keçid edirik və daha əvvəl yaratdığımız seçimləri burada əlavə edirik. Hazır məhsula uyğun olan seçimləri seçdikdən sonra, həmin məhsula aid müvafiq dəyərləri (məsələn, ölçü və rəng kombinasiyalarını) işarələyirik. Bu şəkildə yalnız həmin məhsula uyğun real variantlar formalaşır və sistemdə ayrıca variant kimi saxlanılır.




Əgər bir neçə seçiminiz varsa, “Seçim əlavə et” düyməsindən istifadə edərək digər seçimləri də əlavə edə bilərsiniz.

Yaratdığımız bir neçə seçimi bu şəkildə əlavə edib, hər birinin uyğun dəyərlərini seçirik. Bununla da seçdiyimiz seçimlərə uyğun olaraq variantlar avtomatik şəkildə formalaşmış olur.


Toplu əməliyyatlar vasitəsilə eyni anda bir neçə məhsula dəyişiklik tətbiq etmək mümkündür. Bunun üçün dəyişiklik etmək istədiyiniz məhsulları seçib “Dəyiş” düyməsinə klik edirsiniz. Bu üsulla məhsullara toplu şəkildə şəkil əlavə edə, qiymət təyin edə bilərsiniz.

Əgər qiyməti toplu əməliyyat ilə dəyişdirmək istəmirsinizsə, bu halda hər bir məhsulun qarşısındakı üç nöqtədən istifadə edərək yalnız həmin məhsula aid əməliyyatlar edə bilərsiniz. Buradan məhsulu silmək, qiymətini və şəklini dəyişmək, həmçinin barkod təyin etmək mümkündür.


Seçimləri əlavə etdikdən sonra həmin seçimlərin dəyərlərində dəyişiklik etmək mümkündür. Bunun üçün seçimin qarşısındakı üç nöqtəyə klik edərək dəyərləri yeniləyirsiniz. Bu dəyişikliklər avtomatik olaraq həmin seçimə bağlı olan bütün variantlara tətbiq olunur.




Əgər seçimlərdən istifadə etmədən birbaşa istədiyiniz konkret variantı yaratmaq istəyirsinizsə, “Variant əlavə et” düyməsinə klik edirsiniz. Açılan pəncərədə məhsula uyğun olan xüsusiyyətləri seçərək həmin varianta xüsusi şəkildə məlumatları (ölçü, rəng, qiymət və s.) qeyd edib yeni variant yaradırsınız.


Digər kombinasiya variantlarına uyğun olmayan xüsusi bir variant yaratmaq üçün seçimlərin daxilində yalnız istədiyiniz dəyərləri seçirsiniz. Məsələn, qara rəng40 ölçü kombinasiyasını seçərək yalnız həmin fərdi varianta uyğun xüsusi bir variant yarada bilərsiniz.


Beləliklə, həmin seçim uyğun dəyərləri ilə birlikdə variantlara əlavə olunur.

Variantın qarşısındakı üç nöqtəyə klik edərək həmin varianta barkod təyin edə bilərsiniz. Əgər mövcud barkodunuz varsa, onu birbaşa daxil edə bilərsiniz. Əgər barkodunuz yoxdursa, “Barkod yarat” düyməsindən istifadə edərək varianta yeni barkod təyin etmək mümkündür.


💡Əgər yaratdığınız seçim hər hansı hazır məhsulda istifadə olunubsa, həmin seçimi Menyu → Seçimlər bölməsindən silə bilməzsiniz.Silmək üçün əvvəlcə həmin seçimi hazır məhsulun içərisindən çıxarmalısınız.


Terminalda variantlı məhsulların seçimi və stokun izlənməsi


Terminalda variantlı məhsulu seçdiyiniz zaman qarşıınıza bu məhsula aid bütün variantların göstərildiyi bir pəncərə açılır. Bu pəncərədə hər bir variantın qiymətinianbardakı sayını görə bilərsiniz. Sol hissədə seçimlər üzrə – məsələn, RəngÖlçü sahələrinə görə – filtr tətbiq edərək yalnız istədiyiniz kombinasiyaları siyahıda saxlaya bilərsiniz.Müvafiq variantın üzərinə klik etdikcə həmin məhsul çekə əlavə olunur və hər satışdan sonra anbardakı qalıq miqdarın aşağı hissədə necə azaldığını real vaxtda izləyə bilərsiniz.

“Yalnız mövcud olan” filtrini aktiv etdiyiniz halda, sistem anbarda sayı olan (stokda mövcud) variantları göstərir.





Yeniləndi: 03/12/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!