Caspos smart kassasının Cloposa inteqrasiyası
E-kassa ilə Clopos inteqrasyasının önəmi:
Clopos sistemindəki qəbzlərin e-kassaya göndərilməsi, müasir vergi tələblərinə uyğunluğu təmin edən mühüm bir addımdır. Bu inteqrasiya, hər bir satış əməliyyatını və ödənişi avtomatik olaraq vergi sisteminə ötürərək, vergi bəyannamələrinin düzgün və vaxtında hazırlanmasını asanlaşdırır. E-kassa ilə əlaqə, vergi orqanlarına dəqiq və şəffaf məlumat təqdim etməyə imkan tanıyır, həmçinin mühasibatlıq proseslərini sadələşdirir və insan səhvlərini minimuma endirir. Bu, həm vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini, həm də biznesin maliyyə idarəetməsini asanlaşdırır.
Caspos Cihazında İnteqrasiya Prosesini Başlatmaq:
- Caspos cihazının və Clopos terminalının eyni şəbəkədə olduğuna əmin olun.
- Yuxarı sağda 3 nöqtəyə klik edib, Qabaqcıl bölməsindən cihazın qoşulu olduğu İP-ni (IPv4) götürün.
- Caspos cihazında Caspos adlı proqrama daxil olun və Kassa bölməsinə keçdikdən sonra Sazlama bölməsində "İnteqrasiya prosesini başlat" düyməsinə klik edin.


- Kod yerinə "password" yazın və cihazın arxasında göstərilən S/N nömrəsinin son 4 rəqəmini əlavə edin. (Nümunə: password0412)
Clopos Arxa Panelində Caspos Modulunun Aktivləşdirilməsi:
- Clopos arxa panelində Tətbiqlər bölməsinə daxil olun.
- Hamısı bölməsindən Caspos moduluna qoşulun.
- Modulun aktivləşdirilməsi üçün 10 AZN məbləğində ödəniş tələb olunur (bu məbləğ, aylıq ödəniş etdiyiniz abunəliyə əlavə olunacaq).
- Modul qoşulduqdan sonra, o, Tətbiqlər bölməsinə əlavə ediləcək.
- Statusu aktiv edin.
- Terminalda görünsün funksiyasını aktiv etdikdə, Terminalda Cihazlar bölməsində E-kassa bölməsi görünür. Statusu deaktiv etdikdə isə bu bölmə görünməz olur.
- Avtomatik göndərilsin funksiyasını aktiv etdiyiniz zaman, bağlayacağınız çeklərdə Vergi ilə çap funksiyası avtomatik aktiv olur. İstəyə uyğun olaraq bu funksiyanı deaktiv edə bilərsiniz.
Caspos Sisteminin Məlumatlarının Daxil Edilməsi və İntegrasiyası:
- IP ünvanı: 192.168.1.166:5544 (qeyd: yalnız 192.168.1.166 hissəsi düzəldilir, 5544 olduğu kimi saxlanılır)
- İstifadəçi adı: username
- Şifrə: password
- Default vergi adı - Burada verginizi adlandıra bilərsiniz.
Default tax rate bölməsində ödəyəcəyiniz vergi faizini qeyd edirsiniz.Burada qeyd edilən vergi faizi dərəcəsi Caspos sistemində qeyd edilən vergi faizi ilə eyni olmalıdır. Əgər "ƏDV tipi yanlışdır" xətası ilə qarşılaşırsınızsa, bu halda Caspos ilə əlaqə saxlayaraq, ƏDV vergi faizini düzəltmələrini xahiş etməlisiniz.
Bir Neçə Fərqli E-Kassa Cihazını Eyni Anda İntegrasiya Etmək:
Bir neçə fərqli e-kassa cihazını eyni anda inteqrasiya etmək mümkündür.Hər e-kassa cihazı yalnız bir terminalda istifadə edilə bilər.Hər hansı bir terminalda hansı e-kassa cihazını istifadə etmək istəyirsinizsə, digər e-kassa cihazlarını offline statusda saxlayaraq, istifadə etmək istədiyinizi aktiv etməlisiniz.Əgər inteqrasiya etmək istədiyiniz e-kassa cihazları eyni operatordursa, bunun üçün Cloposun dəstək komandasına müraciət etməlisiniz.
E-Kassa İntegrasiyasını Yoxlamaq:
- Terminal → Kontrol panel bölməsindən Cihazlar bölməsinə daxil olun.
- E-kassa bölməsinə keçin və Yoxla düyməsini sıxın.
Əgər ekranda Success bildirişi çıxarsa, bu, Caspos sisteminin uğurla inteqrasiya olunduğunu göstərir.
Növbəni Açma:
- Növbəyə başlamazdan əvvəl kassir və ya operator tərəfindən növbənin rəsmi şəkildə açılması zəruridir. Bu, sistemdə baş verən hər bir maliyyə əməliyyatının düzgün qeydiyyata alınmasını təmin edir. Növbəni açmaq üçün istifadəçi sistemə daxil olduqdan sonra, müvafiq interfeysdə Növbəni Aç düyməsinə klik edərək, növbənin başlanmasını təsdiqləyir. Bu addım növbənin başlanğıc vaxtını və kassirin fəaliyyətinə aid olan bütün əməliyyatların qeydiyyatını avtomatik olaraq sistemdə aktiv edir.
Növbəni Bağlama:
- İş gününün sonunda və ya növbənin bitməsindən əvvəl növbənin rəsmi şəkildə bağlanması tələb olunur. Bu proses, bütün gün ərzində baş verən əməliyyatların yekunlaşdırılması və maliyyə məlumatlarının təhlükəsiz şəkildə saxlanmasını təmin edir. Növbəni Bağla düyməsinə klik etdikdə, sistem növbənin son vaxtını qeyd edir və növbə ərzində baş verən bütün əməliyyatların yekun hesabatını hazırlayır. Növbə bağlanmadığı halda, əməliyyatlar və hesabatlarda uyğunsuzluqlar baş verə bilər, buna görə bu addım xüsusi əhəmiyyət daşıyır.
X-Hesabat:
- kassir və ya operator tərəfindən iş günü ərzində istənilən vaxt çıxarıla bilən aralıq maliyyə hesabatıdır. Bu hesabat günün yekununa təsir etmədən, kassada edilən əməliyyatlar, satışlar, nağd və qeyri-nağd ödənişlər barədə məlumatları göstərir. X-hesabat yalnız cari vaxtadək baş vermiş əməliyyatların təsvirini verir və kassanın bağlanmasına səbəb olmur.
Vergiyə Göndərilmiş Qəbzi Vergidən Ləğv Etmək Üsulları:
- Fiskalı Ləğv Etmək:
Arxiv çeklərindən həmin çeki tapıb, fiskal ləğv et düyməsini vuraraq ləğv edə bilərik. Fiskal ləğv eyni növbə daxilində edilir.
- Çeki Yenidən Açmaq:
Çeki yenidən açmaq yalnız kassanın açılış saatına qədər mümkündür. Eyni növbə daxilində çeki vergidən ləğv edə bilərsiniz.
Yeniləndi: 20/10/2025
Təşəkkürlər!







