Caller ID: gələn zəngləri avtomatik sifarişə çevirmək
Caller ID inteqrasiyası ilə müştəri zəng edən an nömrə avtomatik olaraq Clopos-a yönləndirilir. Kassir nömrəni — və müştəri əvvəldən bazadadırsa, onun məlumatlarını və son sifarişlərini — dərhal ekranda görür və sifarişi bir kliklə başlayır.
Bir çox müəssisə (restoran, çağrı mərkəzli obyektlər, otel) sifarişləri telefonla qəbul edir. İndiyə qədər zəng gələndə kassir telefonu götürür, müştəridən nömrəni və adını soruşur, sonra POS-da əl ilə axtarır və ya yeni müştəri yaradırdı. Caller ID bütün bu prosesi avtomatlaşdırır: zəng gələn andan nömrə POS-a düşür və sifariş bir neçə saniyəyə yaradılır.
Necə işləyir?
Sistem iki hissədən ibarətdir:
- Caller ID proqramı – Müştərinin kompüterində quraşdırılır və gələn zəngləri saxlayır.
- Clopos POS və ya Call Center – Tutulan nömrələri qəbul edib ekranda göstərir.
Yəni zəng əvvəlcə kompüterdəki Caller ID proqramı tərəfindən saxlanılır, sonra seçdiyiniz hədəfə (POS və ya Call Center) yönləndirilir.
Zəng mənbəyinin seçilməsi
Caller ID proqramında Tənzimləmələr → Mənbə növü bölməsindən zəngin hansı yolla tutulacağını seçirsiniz. Hazırda üç mənbə dəstəklənir:
- 🔌 Hardware Caller ID – USB Caller ID cihazı (C812A) telefon xəttinə bağlanır və fiziki xətti tutur.
- 🌐 SIP softphone – MicroSIP və ya digər SIP klienti vasitəsilə IP telefoniya zəngləri tutulur (Collabo, Microimpuls və s.).
- 📱 Android telefon – Kassirin Android telefonu vasitəsilə GSM zəngləri tutulur.

Zəng hədəfinin seçilməsi
Proqramın sol tərəfindəki Webhook hədəfi bölməsində nömrənin hara göndəriləcəyini təyin edirsiniz:
- Clopos POS – Nömrə HTTP üzərindən POS-a göndərilir (default port 8100).
- Call Center – Nömrə WebSocket üzərindən brauzerdəki Call Center səhifəsinə göndərilir.

Zəngin POS-da qəbulu
Zəng gələndə Caller ID proqramı nömrəni avtomatik POS-a göndərir və ekranda popup pəncərə açılır. Bu pəncərədə göstərilir:
- Zəng edən nömrə (məsələn, +994 12 3102266).
- Müştəri əvvəldən bazadadırsa — adı və son sifarişləri.
- Yeni sifariş başlat düyməsi.

Kassir Sifariş yarat düyməsinə basdıqda MicroSIP avtomatik olaraq zəngə cavab verir (telefonu əllə götürməyə ehtiyac qalmır) və eyni anda POS-da sifariş səhifəsi açılır, müştəri çekə tətbiq olunur. Beləliklə kassir yalnız qulaqlıqdan danışır və sifarişi POS-da yazır.
Praktiki istifadə (Hardware və ya SIP mənbəyi ilə)
- Müştərinin kompüterinə Caller ID proqramı quraşdırılır (avtomatik başlama aktivdir — kompüter açılanda fonda işə düşür).
- Proqramda Mənbə (Hardware və ya SIP) və Hədəf (Clopos POS) seçilir.
- Clopos POS Windows açıq saxlanılır — əlavə tənzimləmə tələb olunmur, hazır vəziyyətdədir.
- Müştəri zəng edir → POS-da popup görünür → nömrə və (varsa) müştəri məlumatı əks olunur.
- Kassir Sifariş yarat basır → MicroSIP avtomatik cavab verir → sifariş səhifəsi açılır.
Android telefon mənbəyi ilə qoşulma
Əvvəllər kompüterdəki Caller ID yalnız SIP zənglərini (softphone tələb olunurdu) və ya USB cihazı ilə fiziki xətti tuta bilirdi. İndi əlavə cihaz almadan, birbaşa Android telefonla GSM zəngləri də tutmaq mümkündür.
Kompüter tərəfdə
- Clopos Caller ID proqramını yükləyin.
- Proqramı açın və Tənzimləmələr → Mənbə növü → Mobil seçin.
- Qoşulma tabına keçin — ekranda QR kod görünəcək.

Telefon tərəfdə
- Caller ID Bridge tətbiqini (
.apk) telefona yükləyib quraşdırın. (Yaxın zamanda Play Store-da olacaq.) - Tətbiqi açın və qısa onboarding addımlarını keçin: xoş gəldin ekranı → QR skan izahı → icazələr → hazır.
- Tələb olunan icazələri verin: default caller-ID tətbiqi, batareya, kontakt (Xiaomi cihazlarda əlavə olaraq Autostart).
- QR skan edin və kompüterdəki QR kodu oxudun.
- Home ekranında "Qoşulub və aktiv" yaşıl statusu göründükdə qoşulma tamamlanır.
Bundan sonra hər gələn zəng anında kompüterə düşür.


Android Bridge tətbiqinin xüsusiyyətləri
- Kontaktda saxlanmış nömrələr də tanınır və tutulur.
- Avtomatik yenidən qoşulma – Router dəyişəndə QR kodu təkrar skan etmək lazım deyil.
- Offline növbə (istəyə bağlı) – Kompüter oflayn olduqda zənglər telefonda yaddaşda saxlanılır və kompüter qayıdanda göndərilir.
- Çox dili interfeys – İngilis, Azərbaycan və Rus və s; sistem dilinə görə avtomatik seçilir.
- Test zəngi düyməsi – Home ekranından bağlantının işlədiyini yoxlamaq mümkündür.
- Yerli tarixçə – Telefonda son 50 zəngi görmək olar (Home → Son ötürülən zəng sətrinə basın).
- Avtomatik oyanma – Tətbiq bağlı və ya telefon kilidli olsa belə, zəng anında aktivləşir (batareya sərfiyyatı olmadan).
Yeniləndi: 30/07/2026
Təşəkkürlər!