Bolt Food inteqrasiyası
Bolt Food sifarişlərinin avtomatlaşdırılması və Clopos sistemində çeklərin açılması
Bolt Food sifarişlərinin avtomatlaşdırılmasını və Clopos sistemində sürətli şəkildə çeklərin açılmasını istəyirsinizsə, arxa paneldəki Tətbiqlər bölməsinə daxil olun və Hamısı bölməsini seçin. Buradan Bolt Food inteqrasiyası modulunu aktivləşdirin. Aktivləşdirmədən sonra Tətbiqlər bölməsində Bolt Food düyməsi yaranacaq. Bu düyməyə daxil olaraq statusu aktiv edin və Başlıq sahəsində inteqrasiyanın sistem daxilində görünəcək adını qeyd edin.
Əgər Bolt Food üçün xüsusi satış üsulları yaratmısınızsa, Bolt Food çatdırılma və Özü götürmə bölmələrində həmin satış üsullarını seçə bilərsiniz. İnteqrasiya nəticəsində açılacaq çek də məhz bu seçilmiş satış üsulunda yaradılacaqdır. Bundan əlavə, Bolt tərəfindən təqdim edilən Restoran Bolt Food ID kodunun daxil edilməsi tələb olunur.


İnteqrasiya rejimi
Hazırda 2 İnteqrasiya rejimi mövcuddur və sifarişlərin necə idarə olunacağını müəyyən edir.
- 1 yol Yalnız sifarişləri qəbul edin. Restoran işçiləri sifarişləri qəbul etmək/rədd etmək və statusu yeniləmək üçün Bolt Restaurant Tətbiqindən istifadə etməlidirlər.
- 2 yol (tam inteqrasiya) rejimi seçildikdə planşet tələb olunmur — sifarişlər birbaşa POS üzərindən qəbul edilir, rədd edilir və status yeniləmələri Bolt Food-a avtomatik olaraq göndərilir. Beləliklə, bütün proses Clopos terminalı üzərindən idarə olunur.

Menyu inteqrasiya
Bu bölmədə Bolt Food-a hansı məhsulların göndəriləcəyini müəyyən edirsiniz. Kateqoriya seçin hissəsindən Bolt Food-a ötürmək istədiyiniz məhsulların aid olduğu kateqoriyanı seçirsiniz. Əgər həmin kateqoriya daxilində yalnız müəyyən məhsulları göndərmək istəyirsinizsə, Etiket filtrini tətbiq et seçimindən istifadə edə bilərsiniz. Bunun üçün Etiket Meneceri vasitəsilə məhsullara etiket təyin olunur və yalnız həmin etiketə malik məhsullar Bolt Food menyusuna ötürülür. Menyu inteqrasiyası üçün inteqrasiya rejimi olaraq 2 yol seçilməlidir.
Avtomatlaşdırma
Bu bölmə Bolt Food sifarişlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Burada üç seçim var:
- Sifarişin avtomatik şöbəyə yollanması – Bu funksiyanı aktiv etsəniz, gələn sifarişlər avtomatik olaraq seçilmiş şöbəyə yönləndirilir, beləliklə əl ilə təsdiqləməyə ehtiyac qalmır.
- Avtomatik ön çek çapı – Aktiv olduqda, sifariş gəldikdə ön çek (hazırlıq çeki) avtomatik olaraq çap olunur.
- Sifarişin avtomatik qəbulu – Bu seçim aktiv olduqda, gələn sifarişlər sistem tərəfindən avtomatik qəbul edilir və proses tam avtomatlaşdırılır.
Bu funksiyalar işinizi sürətləndirir və sifarişlərin idarə olunmasını asanlaşdırır.
Telegram
Bu bölmə Bolt Food sifarişləri ilə bağlı bildirişləri Telegram üzərindən almaq və idarə etmək üçün nəzərdə tutulub. Telegram Sifariş Bildirişi aktiv olduqda yeni sifarişlər haqqında bildiriş Telegram vasitəsilə göndərilir. Sifarişləri Telegram vasitəsilə idarə edin seçimi aktiv olduqda isə sifarişləri birbaşa Telegram üzərindən qəbul və ya idarə etmək mümkün olur.
ütün tənzimləmələri tamamladıqdan sonra sağ yuxarı hissədəki Saxla düyməsinə klikləyərək dəyişiklikləri yadda saxlayın.
Yeniləndi: 24/06/2026
Təşəkkürlər!