Barkod Çapında İstehsal və Son İstifadə Tarixlərinin İdarə Olunması
Barkod Çapında İstehsal və Son İstifadə Tarixlərinin İdarə Olunması
Barkod generatoru modulu aktiv olduqda məhsulların etiketlənməsi prosesi daha detallı xarakter alır. Artıq istifadəçilər məhsul tipi üzrə (Hazır məhsul və Tex. Karta) dəqiq saxlanma müddəti təyin edə bilərlər.
Bundan əlavə, Barkod generatoru bölməsi vasitəsilə çap ediləcək etiketlərdə** İstehsal tarixi** (Mfg. Date) və Son istifadə tarixinin (Exp. Date) görünüb-görünməməsi tamamilə istifadəçinin seçiminə və müəssisənin ehtiyaclarına uyğun tənzimlənə bilər.\
- Müddətin Təyini: Yeni məhsul yaradılarkən və ya redaktə edilərkən onun xüsusiyyətlərinə saxlanma müddəti (saat və ya gün formatında) əlavə edilir.

- Toplu Çap Prosesi: Sistemdə Menyu → Məhsullar səhifəsinə daxil olaraq lazım olan məhsullar toplu şəkildə seçilir və “Barkodları çap et” əmri verilir.

- Çapın Tənzimlənməsi: Barkodun üzərində bu tarixlərin ("Manufacturing" və "Expire date") vizual olaraq əks olunub-olunmayacağı Barkod generatoru ayarlarından idarə olunur.

Barkod Etiketində Tarixlərin Görünüşü
Aşağıdakı nümunədə barkod etiketi üzərində məhsul haqqında əsas məlumatların necə əks olunduğu göstərilir. Etiketdə məhsulun adı, barkod nömrəsi, qiyməti, həmçinin istehsal tarixi (Mfg. Date) və son istifadə tarixi (Exp. Date) məlumatları yer alır.

Şəkildə göründüyü kimi, sistem tərəfindən yaradılan etiketdə əvvəlcə məhsulun adı göstərilir, daha sonra barkod və onun nömrəsi yerləşdirilir. Etiketin aşağı hissəsində isə məhsulun qiyməti ilə birlikdə istehsal və son istifadə tarixləri çap olunur. Bu tarixlər məhsul üçün təyin edilmiş saxlanma müddətinə əsasən sistem tərəfindən avtomatik hesablanır.
Bu funksionallıq xüsusilə qida məhsulları ilə işləyən müəssisələr üçün vacibdir, çünki məhsulların saxlanma müddətinə nəzarəti asanlaşdırır və istifadəçilərə məhsulun istehsal və istifadə müddəti haqqında aydın məlumat təqdim edir.
Barkod printerinin driverinin yazılması və sazlanması
Barkod tətbiqi aktiv edilməsi və istifadə qaydası
Yeniləndi: 17/06/2026
Təşəkkürlər!