Bu məqalə də mövcuddur:

Clopos PAY

Clopos Pay müştəriyə ön çekdəki QR kodu telefonla oxutmaqla hesabı ödəmək və əməkdaşa bəxşiş vermək imkanı verir. Ödəniş uğurla tamamlandıqda çek kassa satış terminalında avtomatik olaraq Clopos Pay ödəniş növü üzrə bağlanır.


Modulun aktivləşdirilməsi:

Clopos Pay müqavilə əsasında aktivləşdirilir. QR kod vasitəsilə ödəniş qəbuluna başlamaq üçün Clopos ilə xidmət müqaviləsi imzalanmalıdır. Müqavilə qüvvəyə minənədək Arxa panel → Tətbiqlər → Clopos Pay bölməsi yalnız baxış rejimində olur, statusu Gözləyir kimi göstərilir və bölmədəki seçimlər deaktiv vəziyyətdə qalır.


Aktivləşdirmə üçün heç bir məlumatı özünüz doldurmursunuz. Sadəcə Clopos şirkətinə müraciət edərək tələb olunan məlumatları təqdim edirsiniz:


  • Şəxs növü, ad və VÖEN məlumatları
  • Hüquqi və fəaliyyət ünvanı
  • Əlaqə məlumatları (e-mail və mobil nömrə)
  • Bank rekvizitləri (hesablaşma hesabı, SWIFT, bank VÖEN, kod və müxbir hesab)


Sənədləşmə tamamlandıqdan sonra modul Clopos tərəfindən aktivləşdirilir və bölmə tam istifadəyə açılır. Modula qoşulma tamamilə ödənişsizdir.


Modulun tənzimlənməsi:


Modul aktivləşdirildikdən sonra Arxa panel → Tətbiqlər → Clopos Pay bölməsindən aşağıdakı tənzimləmələr edilir:


  • Status - modulun ümumi vəziyyətini müəyyən edir. Aktiv olduqda ön çekdə QR kod əks olunur və müştəri ödəniş səhifəsinə keçid edə bilir. Deaktiv olduqda isə QR kod çap olunmur və Clopos Pay ilə heç bir ödəniş qəbul edilmir.
  • Çek ödənişi - aktiv olduqda müştəri çekin yekun məbləğini Clopos Pay vasitəsilə birbaşa ödəyə bilir. Deaktiv olduqda ödəniş səhifəsində çekin ödənişi seçimi göstərilmir və yalnız bəxşiş vermək mümkün olur.
  • Bəxşiş ödənişi - aktiv olduqda müştəri çekin məbləğindən əlavə əməkdaşa bəxşiş verə bilir. Deaktiv olduqda bəxşiş bölməsi ödəniş səhifəsində ümumiyyətlə görünmür və yalnız çekin məbləği ödənilir.
  • Ödəniş üsulu - Clopos Pay ilə qəbul edilən ödənişlərin yazılacağı ödəmə üsulu seçilir. Ödəmə üsulu yaradılarkən onun bölünə bilən olmamasına diqqət edilməlidir. Bu məqsədlə "Clopos Pay" adı ilə ayrıca ödəniş üsulu yaratmaq həm hesabatların izlənməsini, həm də ödənişlərin idarə olunmasını asanlaşdırır.


Hər iki seçim - Çek ödənişiBəxşiş ödənişi - eyni anda aktiv olduqda müştəri ödəniş səhifəsində hesabı və bəxşişi ayrı-ayrılıqda və ya birlikdə ödəmək imkanı əldə edir.


Tənzimləmələr yadda saxlanıldıqdan sonra kassa satış terminalını yeniləyin.


İstifadə etmənin qaydaları:

Clopos Pay aktiv edildikdən və müvafiq sazlamalar tamamlandıqdan sonra, müştərilərinizə təqdim edilən ön çekin aşağı hissəsində Clopos Pay ilə ödəniş üçün QR kod avtomatik olaraq əks olunur.


Müştəri QR kodu telefon vasitəsilə oxutduqda ödəniş səhifəsi açılır. Səhifədə çekin nömrəsi, məbləği və çekin sahibi olan əməkdaşın adı göstərilir.


Ödəniş səhifəsində üç seçim təqdim olunur:


  • Yalnız Hesab - yalnız çekin məbləği ödənilir, bəxşiş əlavə edilmir.
  • Yalnız bəxşiş - yalnız seçilmiş bəxşiş məbləği ödənilir.
  • Hər ikisini ödə - çekin məbləği və bəxşiş birlikdə ödənilir.


Bəxşiş məbləği 5%, 10% və ya 15% hazır faizlərdən seçilə, yaxud Fərdi sahəsi vasitəsilə əl ilə daxil edilə bilər. Bu üsulda əməkdaşların siyahısı göstərilmir - bəxşiş yalnız çekin sahibi olan əməkdaşa tətbiq edilir.

Hesabı ödəmək üçün iki üsul mövcuddur: Bir Pay vasitəsilə Birbank səhifəsinə keçid edərək kart məlumatlarını daxil etməklə, yaxud cihazdan asılı olaraq Google Pay və ya Apple Pay ilə ödəniş etməklə. Ödəniş uğurlu alındığı halda kassa satış terminalında həmin çek Clopos Pay ilə ödəniş növü üzrə bağlanır.

Yeniləndi: 10/09/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!