Abunə haqqının ödənilməsi
Aylıq abunənin vaxtı bitdikdən sonra sizə aşağıdakı şəkildə qeyd olunduğu kimi xəbərdarlıq mesajı gələcək.
Ödəniş etmək üçün, bu bildirişin üzərinə klikləyirik.
Ödənişi kart üsulu ilə edə bilərsiniz. Qabaqcadan 6 və 12 aylıq ödəniş etsəniz, endirim şərtlərindən yararlanacaqsınız. Bunun üçün Sizə uyğun endirim paketini və ödəniş üsulunu seçib, irəli düyməsinə klik edirik.
Kart ödəniş üsulunu seçdiyimiz halda, aşağıdakı pəncərə açılır. Kart məlumatlarını daxil etdikdən sonra, ödəniş tamamlanır.
Ödənişi Arxa paneldən və ya mobil cihazdan Manager proqramına daxil olaraq da etmək mümkündür. Bunun üçün Tənzimləmələr→ Abunəlik bölməsinə daxil oluruq. Buradan ödənişin tarixini, aylıq abunə məbləğini, tarifinizi və əvvəlki ödəniş tarixçənizi görə bilərsiniz. Ödə düyməsinə klikləyərək eyni qayda ilə ödəniş etmək mümkündür.
Manager proqramında ödəniş etmək üçün də eyni qayda ilə Tənzimləmələr→ Abunəlik bölməsinə daxil oluruq.
Ödə düyməsini klikləyib, ödənişi kart və ya nağd şəkildə həyata keçiririk.
Yeniləndi: 21/10/2025
Təşəkkürlər!





