Müştəri qrupu yaratmaq
Müştəri qruplarının təyin edilməsi, fərqli müştəri kateqoriyalarına uyğun endirimlər və təkliflər təqdim etməyə imkan verir. Məsələn, iş yoldaşları, tələbələr və ya əməkdaşlıq edilən şirkətlər kimi fərqli qruplar yaradıla bilər. Hər bir qrupa xüsusi endirim faizi təyin edərək, müştərilər müəyyən qruplara daxil olduqda, avtomatik olaraq həmin endirimdən faydalana bilərlər. Bu yanaşma, satışların artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi üçün çox effektiv bir üsuldur.
Müştəri qrupu yaratmaq üçün arxa paneldə Marketinq → Müştəri qrupu bölməsinə daxil oluruq. Sonra, sağ yuxarı hissədəki +Yarat düyməsinə klikləyirik.
Daha sonra açılan səhifədə tələb olunan məlumatları qeyd edib, Saxla düyməsinə klikləyirik. Əgər qrup üçün birdəfəlik endirim faizi tətbiq etmək istəyiriksə, endirim bölməsində faiz (%) miqdarını təyin edirik.
Terminalda müştəriyə qrup tətbiq etmək
Satış terminalında müştəri qrupunu tətbiq etmək üçün, ekranın yuxarı hissəsində yerləşən üç xəttə klikləyirik.
Daxil olduğumuz bölümdə Müştərilər bölməsini klikləyirik.
Qrup tətbiq etmək istədiyiniz müştərinin üzrəinə klik edib müştəri redaktoru düyməsinə klikləyirik.
Açılan səhifədə lazım olan müştəri qrupunu seçib Saxla düyməsinə vururuq.
Arxa paneldə müştəriyə qrup tətbiq etmək
Arxa paneldə Marketinq → Müştərilər bölməsinə daxil olub, qrupu tətbiq etmək istədiyimiz müştəridə dəyişmək sözünə klik edirik.
Qrup bölməsində istədiyimiz qrupu seçib, Saxla düyməsinə klikləyirik.
Qrup tətbiq edilən müştəri hesabına çek bağlamaq
Hesabı bağla düyməsinə klik etdikdən soran müştəri balansı sözünə klik edirik.
Tətbiq edəcəyimiz müştərini seçib, hesabı bağlayırıq. (seçilmiş müştəri qrupu üçün % dərəcəsini, müştəri adı olan xanada görmək mümkündür)
Müştərilərin idarə olunması mövzusunda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı məqalələri oxumağınızı tövsiyə edirik:
Müştəriləri Sistemə İmport Etmək
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:
Yeniləndi: 08/10/2025
Təşəkkürlər!