🌐 Terminalda İnternet Xətası və Onun Həlli
1️⃣ Əsas Yoxlamalar 🔍
- İnternetin olub-olmadığını yoxlayın🌎
- Ümumi məkanda internet işləyirmi, yoxlayın.
- LAN kabelini yoxlayın 🔌
- Kabel terminala düzgün taxılıb-taxılmadığını yoxlayın.
- LAN indikator işıqlarına baxın:
- Yaşıl işıq yanıb-sönməli
- Sarı işıq daimi yanmalıdır
- Bəzi hallarda bu əksinə ola bilər
- LAN xəttinin qoşulduğu cihazı yoxlayın 🖧
- Kabel Switch və ya Router-ə qoşulmalıdır.
- Təkcə yaşıl və ya sarı işıq yanırsa, kabelin digər ucunu yoxlayın. Digər ucu Switch/Router-dən çıxmış və ya cihaz sönülü ola bilər.
2️⃣ Cihazları Yenidən Başladın 🔄
- Router-i söndürüb-yandırın 📶
Router-ə internet göy port vasitəsilə gəlir.
Qoşulu cihazı da restart edin.
- Əsas modemi (provayderin verdiyi) söndürüb-yandırın 🏠
- Router və Switch-in elektrikə qoşulu olduğunu yoxlayın ⚡
Birdən çox Switch varsa, hamısını yoxlayın.
3️⃣ Kabel və Yerleşim Yoxlamaları 📍
- Cihazların yerlərini müəyyənləşdirin 🗺️
- Bütün LAN kabel indikatorlarını yoxlayın 💡
- Heç bir xəttin işığı sönük olmamalıdır.
- Router-ə başqa router qoşmayın 🚫
- Yalnız Extender rejimi istisnadır.
- Ətrafı yoxlayın 👀
- Switch və ya Router-dən çıxmış kabel olub-olmadığını yoxlayın.
- Şəbəkə dövrü yaratmayın 🔄
- Switch və ya Router-dən çıxan xətt eyni cihazın özünə qoşulmamalıdır.
4️⃣ IP və Ethernet Yoxlamaları 🌐
- IP konfiqurasiyasını yoxlayın 🖥️
- CMD-də ipconfig yazaraq IP ünvanını yoxlayın.
- Başqa şəbəkənin statik IP məlumatları qeyd edilməməlidir.
- Ethernet adapterini deaktiv edib yenidən aktiv edin 🔧
- Statik ayarları yoxlayın ⚙️
- Ethernet qoşulu olduğu halda internet gəlmirsə, amma digər cihazlarda işləyirsə, IP statik ayarlarını yoxlayın.
Yeniləndi: 16/03/2026
Təşəkkürlər!