Yarımfabrikat
Yarımfabrikat yaratmaq üçün, Menyu → Yarımfabrikat bölməsinə daxil olub, Yarat düyməsini klikləyirik.
Açılan səhifədə yarımfabrikatı yaratmaq üçün, məlumatları qeyd etmək lazımdır.
- Ad - Yarımfabrikatın adını qeyd edirsiniz.
- Mühasibatlıq kateqoriyası - mühasibatlıq kateqoriyası yaratmısınızsa, həmin kateqoriyanı qeyd edə bilərsiniz.
- Kateqoriya - kateqoriya yaratmısınızsa, həmin kateqoriyanı qeyd edə bilərsiniz. (Misal üçün "Toplu hazırlamalar" kateqoriyası.)
Ümumi çıxış - Yaradılan yarımfabrikatdan son nəticədə nə qədər miqdarda və ya porsiyada əldə edilirsə, onu qeyd edirik (əd, kg, lt).
Yarımfabrikatın hansı texkartalarda istifadə ediləcəyini bilirsinizsə, onu ölçü vahidinə uyğun olaraq seçirsiniz: məsələn, neçə porsiya çıxacağını bilirsinizsə "ədəd", neçə kiloqram olduğunu bilirsinizsə "kiloqram" və ya digər müvafiq vahidləri istifadə edirsiniz. Məsələn, 1 kq qeyd edirsinizsə, bu halda 1 kq pizza xəmirinin hazırlanması üçün tələb olunan inqrediyentləri və onların hər birinin miqdarını dəqiq şəkildə qeyd etmək vacibdir.
- Açıqlama - bu hissəyə istəyə uyğun olaraq məhsulun hazırlanma texnologiyasını özünüz üçün qeyd edə bilərsiniz.
- Silinmə üsulu - 2 növ silinmə üsulu var.
1.Tərkibdən sil
2.Hazır məhsuldan sil
Tərkibdən sil - seçildikdə, satış getdikcə, qeyd olunan tərkiblər anbardan azalmağa başlayacaq.
Hazır məhsuldan sil - seçildikdə, satış getdikcə qeyd olunan tərkibdən deyil, yarımfabrikat yaradılan zaman özü anbardan azalmağa doğru gedəcək.
İnqredientləri tərkibə tək-tək və ya toplu şəkildə daxil etmək olar.
- Aşağı ehtiyat - Bu sahəyə məhsulun miqdarını qeyd edirsiniz. Əgər anbardakı məhsulun miqdarı azalarsa və siz "Ehtiyat" bölməsində yerləşən Aşağı ehtiyat filtrindən istifadə edirsinizsə, həmin məhsul filtr nəticələrində axtarış siyahısında görünəcək.
- Bildiriş - düyməsini aktiv etdiyiniz halda və Menecer proqramında "Minimum qalıq bildirişi" də aktiv olunubsa, anbardakı məhsul ehtiyatı azaldıqda bu barədə telefonunuza avtomatik olaraq bildiriş göndəriləcək.
- Etiket – Etiket Meneceri bölməsində yaradılmış etiketi qeyd etdikdə, bu məhsulu qruplaşdıra bilərik. Bu, bizə daha sonra filtr tətbiq edərkən həmin etiketi verdiyimiz məhsulları asanlıqla tapmağa kömək edəcək.
- Əlavə et düyməsini klikləyərək yeni xanalar əlavə edib tək-tək yaza bilərsiz.
- Toplu seçim vasitəsi ilə isə inqrediyentləri toplu seçə bilərik.
- Cəm hissəsində bu yarımfabrikatın maya dəyərini görə bilərik.
Məlumatları qeyd etdikdən sonra Saxla düyməsini klikləyirik.
Yarımfabrikatlarınızı axtarmaq üçün, buradakı filterlərdən istifadə edə bilərsiniz.
Yarımfabrikatın üzərinə klikləyəndə 1 vahid üçün (ədəd, kq, qr, l, m) nəzərdə tutulmuş miqdarı görəcəksiniz. Misal üçün, siz yarımfabrikatı yaradarkən, 5 kq pizza xəmirinə görə tərkib yazsanız belə, bu hissədə 1 kq pizza xəmirinə uyğun sistem tərəfindən hesablanmış tərkibi görəcəksiniz.
İstifadədə düyməsinə kliklədiyiniz zaman, hansı tex.kartaların tərkibində bu yarımfabrikatdan nə qədər istifadə olunur görə bilərsiniz.
Yeniləndi: 16/10/2025
Təşəkkürlər!







