> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# YENİLİK - Terminalda Avtomatik Masa Rəng Dəyişikliyi

Terminalda avtomatik masa rəng dəyişikliyi funksiyası istifadəyə verildi. Bu xüsusiyyət sayəsində uzun müddət istifadə olunmayan masalar sistem tərəfindən avtomatik olaraq **qırmızı rənglə** işarələnəcək.
##  Harada Tətbiq Olunur?
Bu ayar **Terminal** bölməsində yerləşir və birbaşa brend konfiqurasiyası vasitəsilə aktivləşdirilə bilər.
## ️ Necə İşləyir?
* **Qırmızı Rəng:&#160;**Masa müəyyən edilmiş müddət ərzində istifadə edilmədikdə avtomatik olaraq qırmızıya çevrilir.
* **Tənzimləmə Qaydası:**
    * Standart olaraq deaktivdir (yəni heç bir zaman təyin olunmur).
    * İstifadəçi Terminal bölməsində**&#160;“Masa rənginin dəyişdirilməsi”&#160;**seçimi seçdikdə, zaman sahəsi (input) avtomatik açılır.
    * Açılan inputda **60 dəqiqə** dəyəri avtomatik daxil olur və istifadəçi bu dəyəri dəyişə bilər.
    * **Minimum vaxt:** 10 dəqiqə
    * **Maksimum vaxt:** 1000 dəqiqə
Bu funksiya restoran komandalarının masaları real vaxtda nəzarətdə saxlamasına və gecikmiş xidmət risklərini azaltmasına kömək edəcək.