> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 🆕 Yenilik! Çekin yekun məbləğinin yuvarlaqlaşdırılması

###### Sistemə yeni funksiya əlavə olundu: artıq çekin yekun məbləğini tam ədədə yuvarlaqlaşdırmaq mümkündür — qəpik qalmır.

🔄 **Necə işləyir?**
Yuvarlaqlaşdırma yalnız yekun məbləğə, yalnız çek bağlananda, bir dəfə tətbiq olunur. Yaranan fərq ayrıca saxlanılır və hesabatlarda **"Yuvarlaqlaşdırma"** sətri kimi görünür.
**Misal:** Çek 5.20 ₼, rejim "Ən yaxın" seçilibsə → yekun 5.00 ₼, yuvarlaqlaşdırma −0.20 ₼. Çek 5.60 ₼ olsaydı → yekun 6.00 ₼, yuvarlaqlaşdırma +0.40 ₼.
⚙️ **Parametrlər**
**Tənzimləmələr → Terminal → Yuvarlaqlaşdırma** bölməsində aktivləşdirilir. Burada funksiya aktiv/deaktiv edilir, rejim və dəqiqlik seçilir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1gj044e.png)
🔢 **Rejimlər**
* Yarıdan yuxarı yuvarlaqlaşdırma
* Yarı-cüt yuvarlaqlaşdırma
* Aşağı ədədə yuvarlaqlaşdırma
* Yuxarı ədədə yuvarlaqlaşdırma
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_esrico.png)
📌 **Vacib qaydalar**
* Vergi və məhsul qiymətləri dəyişmir, yalnız yekun məbləğ və yuvarlaqlaşdırma sətri təsirlənir.
* 1 ₼-dən aşağı çeklərdə yuvarlaqlaşdırma tətbiq edilmir.
* Nağd ödənişdə qaimə yuvarlaqlaşdırılmış məbləğdən hesablanır.
* Nağd və kart ödənişlərinin hər ikisinə tətbiq olunur.
* Yuvarlaqlaşdırma endirim hesab edilmir, hesabatlarda ayrıca sətir kimi göstərilir.

👁️ **Harada görünür?**
* **Terminal:** çek ekranı, çap olunan çek, kassa hesabatı (Z-hesabat)
* **Arxa panel:** çek detalı, çeklər siyahısı, İşçilər üzrə hesabat
Fərq 0-dırsa, sətir göstərilmir.

| Fiskal (e-kassa) ilə işləyən müştərilərdə funksiya bəzi operatorlarda uyğunsuzluq yarada bilər. Aktivləşdirməzdən əvvəl operatorun dəstəklənib-dəstəklənmədiyini komanda ilə dəqiqləşdirin və ilk günlərdə fiskal çeklərin məbləğini yoxlayın.