> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 🆕 Yenilik! Admin parolu artıq vəzifə üzərindən idarə olunur

###### Sistemə yeni funksiya əlavə olundu: admin parol tələb edən əməliyyatlar artıq ümumi tənzimləmə deyil, hər rol üçün ayrıca idarə olunur.

|| QEYD: Hazırda yalnız beta versiyasında olan brendlər üçün keçərlidir.

🔄 **Nə dəyişdi?**
Əvvəllər bu ayar **Ayarlar → Terminal → Parol tələb edilən fəaliyyətlər** bölməsində idi: bir ümumi admin parolu və üç tənzimləmə bütün əməkdaşlar üzrə eyni işləyirdi, yəni bütün əməkdaşlara eyni qayda tətbiq olunurdu.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_kkwi3r.png)
İndi bu tənzimləmə **Əməkdaş → Vəzifələr→ Yarat / dəyişmək** bölməsindən, hər rol üçün ayrıca aparılır.

🆕 **Vəzifə səhifəsinə əlavə olunanlar**
* **Admin icazəsi** — bu icazəsi olan istifadəçi admin parolu tələb edən əməliyyatları təsdiq soruşulmadan yerinə yetirir və başqa əməkdaşın əməliyyatını təsdiqləyə bilir. Hazırda yalnız admin parol prosesi üçün istifadə olunur.
* **Çekdən məhsul silmə icazəsi** — əvvəl Ayarlarda olan "məhsulu şöbəyə göndərilməzdən əvvəl silmək" funksiyasıda bu icazəyə köçürülüb.
* Hər icazənin sağında **"Admin parolu tələb olunur"** işarə qutusu — solundaki qutu əməliyyatı etmək icazəsini, sağdaki isə admin təsdiqinin tələb olunub-olunmadığını bildirir.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_hzjqsm.png)
Hazırda bu seçim üç icazə üçün mövcuddur: **Məhsulu şöbədən əvvəl silmək , Məhsulun şöbəyə göndərildikdən sonra silinməsi , Məhsulun önçekdən sonra silinməsi**

🖥️ **Terminalda necə işləyir?**
1. Əməkdaş məhsulu silmək istəyir, sistem çekin vəziyyətinə görə hansı əməliyyat olduğunu təyin edir.
2. Sağdaki qutu seçilməyibsə, təsdiq istənilmir, məhsul silinir.
3. Seçilibsə və istifadəçinin **Admin** icazəsi varsa, təsdiq istənilmir.
4. Seçilibsə və **Admin** icazəsi yoxdursa, təsdiq pəncərəsi çıxır, Admin icazəli istifadəçinin kodu tələb olunur.
Beləliklə, fərqli rollara fərqli qayda tətbiq etmək mümkündür — məsələn, kassirdən təsdiq istənilir, menecerdən istənilmir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_g2nig7.png)
🔄 **Mövcud brendlər üçün köçürülmə**
Köhnə admin parolu üçün rolu **admin** olan yeni əməkdaş yaradılıb, kodu isə əvvəlki admin parolu ilə eynidir. Köhnə parol işləməyə davam edir, sadəcə artıq bir əməkdaşın kodudur. Köhnə tənzimləmələr də rollara köçürülüb, davranış dəyişmir, müştəri tərəfindən əlavə addım tələb olunmur.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_gg511x.png)