> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 🆕Yenilik: A4 formatda qaimə

Sistemə yeni **Invoice Printer** funksiyası əlavə olundu. Artıq müştəriyə adi termal çekdən başqa, A4 vərəqdə tam qaimə (invoice) də çap etmək mümkündür.

**🔄 Necə işləyir?**
Tənzimləmə iki yerdə aparılır: **Back Office**-də qaimənin görünüşü qurulur, **Terminal**-da isə hansı printerin qaimə çap edəcəyi seçilir.
**🖥️ Back Office — Qaimənin görünüşü**
**Tənzimləmələr → Çeklər** bölməsinə yeni tab əlavə olundu: **Qaimə konstruktoru.** Mövcud Çek konstruktoru ilə eyni şəkildə işləyir:
* 🔀 Sahələri sürüşdürərək sıralamaq olur
* 🔛 Sahələri açıb-bağlamaq olur
* 🔡 Şrift ölçüsü dəyişmək olur
* 👁️ Sağ tərəfdə canlı önizləmə var

**🖨️ Terminal — Printer seçimi**
**İdarəetmə Paneli → Cihazlar → Printerlər** bölməsində printer əlavə edərkən **3 tip** arasında seçim var:

🧾 **Thermal** — adi termal çek çap edir
📄 **Non-Thermal** — qaimə çap etmək üçün bu seçilməlidir. 

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1cuggtb.png =821xauto)
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1e842h6.png =485xauto)
Əlavə parametrlər:
* 📐 **Ölçü:** A4 və ya A5
* 🎨 **Rəng:** ağ-qara və ya rəngli

**🎯 Nəticə**
* 📄 Non-Thermal printerə → **A4 qaiməni** göndərir
* 🧾 Termal printerə → **adi çeki** göndərir

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1nj4ick.png =391xauto)
