> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Yarımfabrikatların Excel vasitəsi ilə daxil edilməsi

**Clopos** sistemində **yarımfabrikatları tərkibləri ilə birgə**  toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni **Excel** sənədi yaradıb, yarımfabrikatların adlarını, vahidini, kateqoriyasını və digər müvafiq məlumatları cədvəl şəklində qeyd etməlisiniz. **Tərkibli yarımfabrikat menyusunu** sistemə vurmaq üçün, aşağıdakı ardıcıllıqla məlumatları **Excel**-ə qeyd edirsiniz:

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/9/d/7/89d7579e29b5f000/aeff0e5b-f6d0-4fa3-aeba-d90a6e_124ky3o.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1718807223/ba4f8793e713d9a99babd6d84cfe/image.png?expires=1759767300&signature=7d8cb5fa5cc71106b3b04a0c5a15b749f027c90a7506d558fb1f2fe5ed77c283&req=dScmHsF%2BmoNdWvMW1HO4zYeoZrRJir4PeWGkIBU56sabdOFkUFDfEnZxWPA8%0AosGzdtYx%2BMhTsX3zfes%3D%0A)

* **Name (Ad)** → Bu sütunda ilkin olaraq **yarımfabrikatların adı**, sonra isə tərkibdə qeyd edilən **məhsulların adı** qeyd olunur.
* **Type (Növü)** → Məhsul növlərinin adı qeyd olunur. Qeyd etdiyiniz məhsul əgər **yarımfabrikatdırsa** - **PREPARATION**, **inqrediyentdirsə** - **INGREDIENT** kimi qeyd edilir.
* **Category (Kateqoriya)** → Burada **yarımfabrikatların** və **inqrediyentlərin** hansı kateqoriyada olduqlarını müəyyən edirsiniz.

|| 💡Əgər inqrediyentləriniz mövcuddursa, yarımfabrikat yaradan zaman, inqrediyentlərinizin adını Clopos sistemində necə yazmısınızsa, eynisini yaradın ki, eyni adla başqa bir inqrediyent yaranmasın.

* **Cost Price (Maya Dəyəri)** → Bu sətirdə aldığınız inqrediyentlərin bir vahidinə uyğun olaraq çəkisinin və ya bir ədədinin qiymətini yazırsınız. Məsələn, un məhsulunun 5 kq-i 2.5 qəpikdirsə, 1 kq-a uyğun maya dəyəri **0.5 qəpik** olaraq qeyd edilməlidir.
* **GROSS** → Bu sətirdə tərkibə gedən inqrediyentlərin miqdarını yazırsınız. Bu sütundakı xanalar **yarımfabrikat** üçün boş qalmalıdır.
* **Unit (Vahid)** → Bu hissədə inqrediyentin ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, l, pcs, m, gr ).
* **Net Output →** Bu hissədə yarımfabrikatın **Ümumi çıxış** miqdarını qeyd edirik.

|| 💡Qeyd edək ki, başlıqlar, vahid, və məhsul növü İngilis dilində yazılmalıdır.

Bütün **yarımfabrikatlar** bu formada alt-alta qeyd edilməlidir. **Tərkiblərdə istifadə edilən** və yaradılmış olan inqrediyent adları, eyni məhsul üçün **eyni formada** olmalıdır. Məsələn, **Kök** adlı məhsul bir tərkibdə **KÖK**, digərində isə **YERKÖKÜ** deyə yazılmamalıdır! Belə olan halda, sistem onları fərqli məhsul hesab edərək, inqrediyent bazasında hər ikisini ayrıca yaradacaq.

Excel cədvəlini doldurduqdan sonra arxa panelə daxil olub, faylı import edirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/f/a/8/7/fa87dd6a7cd7000/94924375-6a07-4895-ab03-1621a2_1iaeq5q.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1718823199/6a64ad2bea3ec8e4d5e257f0e443/Screenshot_6.png?expires=1759767300&signature=65f5ed2c7c736ef96a7c57d240b7556aeb4a3ced4f495d8da08717b79083637b&req=dScmHsF8noBWUPMW1HO4zfZ1ECRaBoG05wVC37yTXLgZLMha9Dchbsij1eVs%0AGcEJjpHSV%2B6IQepu11g%3D%0A)

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!

[Excel faylını yükləyin!](https://drive.google.com/uc?export=download&id=18B3qHzvqc5n-Be998NWJCMuPtU9yQ2Wn)