> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Waiter

## Waiter proqramı nədir və nə üçün istifadə olunur?

Müasir iaşə müəssisələrində xidmət keyfiyyətini və iş prosesinin sürətini artırmaq üçün rəqəmsal həllərə tələbat sürətlə artır. **Clopos Waiter** proqramı – ofisiantların sifarişləri daha tez, dəqiq və effektiv şəkildə qəbul edib, birbaşa mətbəxə və kassaya ötürməsinə imkan verən texnoloji bir həll vasitəsidir.

Bu proqram vasitəsilə:

* Ofisiantlar sifarişi dərhal sistemə daxil edir,
* Gecikmə və qarışıqlıqların qarşısı alınır,
* İş prosesi avtomatlaşdırılır.

---

## Terminalın Yaradılması

İlk addım – **terminal yaratmaqdır**. Bu əməliyyat **arxa panel üzərindən** həyata keçirilir:

**Arxa panel**→**Cihazlar**→[Terminallar  ](https://az.help.clopos.com/az/article/terminal-yaratmaq-17sktxj/)bölməsinə keçin.Yeni terminal əlavə etmək üçün **Yarat** düyməsinə klikləyin və uyğun ad və parametrləri daxil edin.

---

## Məlumat Axını və Lokal Server Aktivliyi

Mobil cihazda daxil edilən sifarişlər **qoşulduğu terminala** ötürülür, terminal isə məlumatları **serverə göndərir**. Bu sistemin işləməsi üçün:

* Arxa paneldə **“Lokal şəbəkə” aktiv** olmalıdır;
* Lokal şəbəkə aktiv olduqda məlumat ötürülməsi daxili şəbəkə üzərindən sürətli və stabil şəkildə baş verir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/2/5/9/d/259d4e8e4456a600/c474ebba-c0b7-4790-9998-94a1d2_1p1x1yc.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1535378169/025cc9be8fe8b7035b6c04f3bee0/Screenshot_3.png?expires=1759767300&signature=8998dcf4df7c514d28571c77b4f3338013f5fbaa9d6717ec6bac62a34cd351e3&req=dSUkE8p5lYBZUPMW1HO4zY1jaRxxUOL12EfWEimdC2Nkrn2txAAL13YETisF%0Auk4Sk%2FS%2BFZY7i3FPuiw%3D%0A)

---

## Waiter proqramının yüklənməsi

**Android üçün:**  
​[Play Store linki](https://play.google.com/store/apps/details?id=com.clopos.waiter_app&hl=en)

**iOS üçün:**  
​[App Store linki](https://apps.apple.com/az/app/clopos-waiter/id6739776723)

---

## Mobil Cihazın Terminala Qoşulması

Mobil cihazın waiter proqramı ilə terminala qoşulması üçün aşağıdakı addımlar yerinə yetirilir:

* Terminalda **Cihazlar→Mobil terminal** bölməsinə daxil olunur;
* Hansı terminala daxil olmaq istəyirsinizsə, **QR kodunu göstər** düyməsinə klik edirsiniz(Terminalınızın növünün Qarson olduğundan əmin olun. );
* Mobil cihazdan waiter proqramı açılır və **QR kod skan edilir**;
* Bu zaman mobil cihaz hansı terminaldan QR kodu oxudursa, o terminal ilə birləşir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/6/1/a/761a5ef328b56000/f78b7c71-9dc8-45d4-9fc8-946f89_139z3h7.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1535357404/14165515aa01ff3a9f92f38bc67a/Group+2.png?expires=1759767300&signature=34c58f73206483602837f9b5e3bdea14c333265a3b9aeb0b922d2a52a1427c21&req=dSUkE8p7moVfXfMW1HO4zXuuGdzVrVqozLF6i5gBXyXLYMi8zYfF2WWFbh6M%0Aa31XWBQ1JTvOBdJl97A%3D%0A)

|| 💡Həm terminal, həm də mobil cihaz eyni lokal şəbəkədə (Wi-Fi və ya LAN) olmalıdır. Əks halda əlaqə qurulmayacaq.
