> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Veb-kassir

Terminaldan satış edə bildiyimiz kimi, arxa paneldən də bunu etmək olar. Bunun üçün, əlavə modul aktiv edilməlidir. Modulu aktiv etmək üçün, **Arxa panel→Tətbiqlər→Hamısı** bölməsinə daxil olub **Veb-Kassir** moduluna qoşuluruq. Modul üzrə 29 AZN məbləğində ödəniş tələb olunur. *(Bu ödəniş, aylıq ödəniş etdiyiniz abunəliyin üzərinə gəlmiş olacaq)* Qoşulduqdan sonra Tətbiqlər bölməsinə modul əlavə edilir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/b/2/4/e/b24e7aac64918800/6bcf5acd-5dd1-4814-807e-34110e_f6kgkt.png)](https://downloads.intercomcdn.com/i/o/1159408916/3268664775bb056c651bc73a/Screenshot_1.png?expires=1759767300&signature=652b54e09aed35056650127c55cc20bfa6ed27379f2c247e233eb0be3414e7e6&req=dSEiH81%2BlYheX%2FMW1HO4zf0d%2BHLyj83A%2Fssbyg67TsLXEjEW4zG6BxCu%2FBf2%0AkJ%2FVFpH9fO58tHiZ8Nc%3D%0A)

Modula daxil olub, Statusu aktiv edib **saxla** vururuq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/d/9/a/4d9a0a922319c400/e6b563a3-5e08-4d78-b2c4-e358e4_tbq0tm.png)](https://downloads.intercomcdn.com/i/o/1159414830/58744f896779344ed0f3f6c2/Screenshot_2.png?expires=1759767300&signature=18f98ea8b40e9461c9e91a19e0fd71104895bf2fe0f1a166fe2c07b65aa3ae8a&req=dSEiH81%2FmYlcWfMW1HO4zbraIjQ%2F7vaoBElz1LCMopjnUlK2%2FJw7ZpzTVAhM%0A5abOqzQlJIbRhFa0k2M%3D%0A)

Status aktiv edildikdən sonra, **Satış → Çeklər** bölməsinə daxil olub **+Yarat** vururuq.

1. Satış üsulunu tətbiq edirik. *(Satış kanalı Çatdırılma və ya Takeaway olan bir satış üsulu seçilə bilər.)*
2. Çekə məhsulları əlavə edirik.
3. Ödəniş üsulu tətbiq edilir.
4. Kuryer və ya satıcı təyin edilib, açıqlama yazıla bilər.
5. Çekə müştəri əlavə edə bilərsiniz. Əlavə etdikdən sonra, müştəri məlumatları əks olunacaq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/6/c/5/d6c546a56f2d280/d7de25ae-e4f1-487e-8ed4-1485bd_1ayds8q.png)](https://downloads.intercomcdn.com/i/o/1159441260/568a6df91a0c958fd398db80/Frame+7.png?expires=1759767300&signature=f6208799025c0a6cfb933b335c1fee196dae9a7b9c4b93e73b04706eb67f9056&req=dSEiH816nINZWfMW1HO4zTHeQl56vfWZvvDXa%2BF41%2Fr%2B0JXtVjXRRJogkTtC%0A1ylkZnXys9i4GtcMSZs%3D%0A)

6. Çekə ümumi endirim tətbiq edilir

7. Çekə xidmət haqqı tətbiq edilir. Tənzimləmələrdə olan xidmət haqqı faizi əsas götürülür. Əgər, satış üsuluna görə xüsusi xidmət haqqı tətbiq edilibsə, həmin xidmət haqqı faizi əsas götürülür.

8. Məhsullara vergi əlavə edilibsə, o vergi faizlərinin cəmi qeyd edilir.

9. Müştərinin ödəyəcəyi **Yekun** nəticə əks olunur.

10. Buradan məhsul üzrə dəyişikliklər etmək mümkündür. Dəyişiklik etmək istədiyimiz məhsulun qarşısındakı 3 nöqtəni klik etdikdə açılan bölümdən bir sıra dəyişiklikləri həyata keçirə bilərik. Buradan məhsula endirim, qiymət dəyişimi, ikram, satıcı təyin etmə və ya məhsulu çekdən silə bilərik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/c/f/3/5/cf35823891303000/b9db0cdf-e4c7-4a2d-bb38-7dfa4b_h3ane1.png)](https://downloads.intercomcdn.com/i/o/1159554701/16716382b2a2d9fd39deac7e/Frame+12.png?expires=1759767300&signature=c0332fac035a16d2d5012e96841edf045ae5c2d6fa7551593f8bc5cb46ac5f94&req=dSEiH8x7mYZfWPMW1HO4zWr0XxWW9TweatydwNbXEQFhBfKFOLTouQU%2FsrmU%0Ad18hUUwr6Z0ZPAACt9o%3D%0A)

Çekə bütün məlumatları daxil etdikdən sonra, saxla düyməsini vururuq. Əlavə edilmiş bütün çeklər hesabatda əks olunur. Yaradılmış çeklərə baxmaq üçün, **Satış → Çeklər** bölməsinə daxil olub baxa bilərik. Sadəcə **Veb kassa** modulu ilə yaradılmış çeklərə baxmaq istəyirsinizsə, Filterdən istifadə edərək, mənbə bölümündən **Web** vasitəsini seçmək lazımdır.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/f/6/6/4/f6644c37e2145000/ac0d46f2-be42-4db6-85c3-12dabd_7i5k7m.png)](https://downloads.intercomcdn.com/i/o/1160745634/6bccc7a9eaa0da69902cafe1/Screenshot_1.png?expires=1759767300&signature=ce88bdeb32ca73ee40c70cd5c15f42b1bc4bcb5300a901b50f5f2f7f6f73f773&req=dSEhFs56mIdcXfMW1HO4zY3hr9XCHSvV2X7iE6EfQKXOspljcjPPHpdmNiYc%0AdFoK%2FuI6bezE3AsVyw0%3D%0A)

