Toplu əməliyyat
Bir sıra bölmələr var ki, bu bölmələrdə bir-bir ediləcək əməliyyatları toplu şəkildə edə bilərsiniz. Bu prossesi həyata keçirmək üçün Menyu→Məhsullar bölməsində toplu seçim hissəsinə daxil oluruq.
Daxil olduğumuz bölmədə Dəyiş və Silmək əmrləri ilə qarşılaşacağıq. Toplu şəkildə dəyişiklik etmək üçün dəyiş, silmək üçün isə silmək əmrini seçmək lazımdır. Silmək əmri məhsulların toplu şəkildə silinməsini təmin edir.
Dəyişmək əmri seçildikdə məhsul üzrə müxtəlif əməliyyatlarda dəyişiklik etmək mümkündür.
Bu zaman iki seçim qarşınıza çıxacaq:
Toplu əməliyyat – Sağ tərəfdən açılan pəncərədə göstərilən məlumatları eyni anda dəyişdirə bilərsiniz.
Etiketlər – Seçilmiş məhsullara istədiyiniz etiketi əlavə etmək mümkündür.
Yeniləndi: 16/10/2025
Təşəkkürlər!




