> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Terminalda müştərilərin siyahısını göstərmədən, skanerlə müştəri əlavə etmək

Bu təlimatda terminalda müştəri siyahısını əməkdaşdan gizlətməyi, eyni zamanda onun müştərini skaner vasitəsilə çekə əlavə edə bilməsini necə tətbiq edəcəyiniz izah olunur. Beləliklə, əməkdaş digər müştərilərin məlumatlarını görmür, yalnız skan etdiyi müştərini çekə əlavə edir. 
## Addım 1. Arxa panelə daxil olun və Vəzifələr bölməsinə keçin 
Clopos arxa panelinə daxil olun. Sol bölmədən **Əməkdaş** bölməsinə klikləyin, açılan alt bölmədən **Vəzifələr** bölməsini seçin. 

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1f95ko5.png)


## Addım 2. Vəzifəni dəyişdirmə bölməsinə keçid edin 
İcazələrini dəyişmək istədiyiniz vəzifənin sağ tərəfindəki **üç nöqtə (⋮)** düyməsinə klikləyin və açılan menyudan **Dəyişmək** seçiminə klikləyin.
## Addım 3. Çekə müştəri əlavə olunmasını aktiv edin 
İcazələr səhifəsində **Çek idarəetməsi** bölməsində

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_s07np3.png)
## Addım 4. Terminalda müştərilərin görünməsini deaktiv edin
Səhifəni aşağı sürüşdürüb **Müştəri idarəetməsi** bölməsini tapın. **“Terminalda müştərilərin görünməsi”** icazəsinin qarşısındakı işarəni götürün deaktiv edin.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1ysvwzu.png)
## Addım 5. Dəyişiklikləri yadda saxlayın
Səhifənin sonunda saxla düyməsinə klikləyərək ayarları təsdiqləyin.
## Addım 6. Terminalda çekə daxil olub müştəri ikonuna klikləyin
Ayarları yadda saxladıqdan sonra terminalda çekə daxil olun. Sol tərəfdəki menyuda yerləşən **müştəri ikonuna** klikləyin.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_x974ua.png)
## Addım 7. Skaneri oxudaraq müştərini axtarın
Açılan **Müştərilər** pəncərəsində **Kod** xanasına klikləyin və müştərinin **Wallet QR kodunu** skaner ilə oxudun. Müştəri tapılacaq və çekə əlavə olunacaq. Müştərilərin siyahısı görünmədiyi üçün axtarış yalnız skan vasitəsilə aparılır.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_13dwhmk.png)