> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Tərkiblərin Excel vasitəsi ilə daxil edilməsi

**Clopos** sistemində **tex.kartaları** toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni **Excel** sənədi yaradıb, tex.kartaların adlarını, ölçü vahidini, kateqoriyasını və digər müvafiq məlumatları cədvəl şəklində qeyd etməlisiniz. **Tərkibli menyunu** sistemə vurmaq üçün, aşağıdakı ardıcıllıqla məlumatları **Excel**-ə qeyd edirsiniz:

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/b/c/4/3/bc43c50c6d731000/401a1af1-7c66-4d67-b7ba-e39043_1fb73xd.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1718477992/4e8d25411b418d36064207e96d16/image.png?expires=1759767300&signature=c8237617d36ced10914f66b154dde7f08940cb6d79bbfe53b7fdf0b08573476f&req=dScmHs15mohWW%2FMW1HO4za%2B%2BnykshBC4rNIliqTixunoBvuxbWhqfT%2Fv3nAQ%0AWqIuIVeFy%2BS1mE4j4v4%3D%0A)

* **Name (Ad)** → Bu sütunda ilkin olaraq satışı yaradılacaq məhsulun adı, sonra isə tərkibdə qeyd edilən inqrediyent, məhsulların və ya yarımfabrikatların adları qeyd olunur.
* **Type (Növü)** → Burada daxil etdiyiniz məhsulların tipinə uyğun olaraq adlarını qeyd edirsiniz (GOODS, DISH, INGREDIENT, PREPARATION). Əgər alınmış məhsul olduğu kimi dəyişiklik edilmədən satılırsa - **GOODS**, tərkibli məhsuldursa - **DISH**, tərkibə daxil olan məhsuldursa - **INGREDIENT**, yarımfabrikatdırsa - **PREPARATION** yazırsınız. Bütün məhsul növləri **İngilis dilində** və **böyük hərflərlə** qeyd edilməlidir.

Məsələn: **Coca-Cola** məhsulunu həm hazır məhsul, həm də inqrediyent kimi yarada bilərsiniz. Bu zaman birinci halda həmin məhsul **GOODS**, ikinci halda isə **INGREDIENT** kimi yazılmalıdır.

|| 💡Şəkildə olan rəng nümunə xarakterlidir və məhsulları bir-birindən ayırmaq üçündür. Excel faylı hazırlayarkən rənglərdən istifadə etməyin!

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/c/5/9/4/c594943e4463e00/f0882627-d8fb-40d5-89fc-b91697_1hpacdn.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1718539904/feefdeb6baa29a86c2e9348a8b67/image.png?expires=1759767300&signature=b2621614af9c71fe41831da9255dcfcd1b0f0d7d2ead8d98d6a61a73a16c4362&req=dScmHsx9lIhfXfMW1HO4zYTvOtLZXNS0fYYbjjOI4wHxyXTwesjQyPS8sfin%0A1qGnSDz%2BExZms%2F2z9SE%3D%0A)

* **Category (Kateqoriya)** → Burada məhsulların, yeməklərin və inqrediyentlərin hansı kateqoriyada olduğunu müəyyən edirsiniz.
* **Station (Şöbə)** → Şöbə dedikdə, məhsullarınızın hazırlandığı yer nəzərdə tutulur. (**Qeyd**: Yalnız məhsullara və yeməklərə şöbə yazılır, inqrediyentlərə şöbə yazılmır.

* **Price (Qiymət)** → Məhsulun satış qiyməti yazılır. Məsələn: 10, 20, 25. (**Qeyd**: Yalnız məhsullara və yeməklərə qiymət yazılmalıdır.)
* **Cost Price (Maya Dəyəri)** → Bu sətirdə aldığınız inqrediyentlərin bir vahidinə uyğun olaraq çəkisinin və ya bir ədədinin qiymətini yazırsınız. Məsələn, un məhsulunun 5 kq-i 2.5 qəpikdirsə, 1 kq-a uyğun maya dəyəri **0.5 qəpik** olaraq qeyd edilməlidir.
* **GROSS** → Bu sətirdə tərkibə gedən inqrediyentlərin miqdarını yazırsınız. Bu sütundakı xanalar **tex karta** üçün boş qalmalıdır.
* **Unit (Vahid)** → Bu hissədə inqrediyentin ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, l, pcs, m, g).
* **Sold by weight (Çəki ilə Satılır)** → Əgər məhsul və ya yemək çəki ilə satılarsa, aidiyyəti sütunda **"1"** rəqəmi qoymaq kifayətdir.

|| 💡Qeyd edək ki, başlıqlar, vahid, və məhsul növü İngilis dilində yazılmalıdır.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/d/7/d/9d7dee6df5c91000/660b8a56-2676-4e62-b256-300f32_oizq5q.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1718562464/69ff33e173c4871ab7a48206a135/image.png?expires=1759767300&signature=9da8773c019b607fa4ef7bf7c79effe5bc4e492b7e703e71dad643f3a14de21c&req=dScmHsx4n4VZXfMW1HO4zebdBVqCCvCcpsin9f8MUEKzh9mNTjCupagpPs1d%0AHjjDKzbENRwMsKHaSq0%3D%0A)

**Tərkiblərin yazıldığı Excel faylında tərkibləri olmayan tex.kartaları əlavə etməyiniz məsləhət görülmür.** Bu halda, tex.karta tərkibin tex.karta yarana bilər.

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!

[Excel faylını yükləyin!](https://docs.google.com/spreadsheets/d/e/2PACX-1vRlbtA3JtOeZ3ySmgcBjP5UXWTTFzVQ3BcljxUUkMDWME82LW99Uvup6DOABXTDow/pub?output=xlsx)

**Excel** cədvəlini doldurduqdan sonra, **arxa panel**-ə daxil olub, faylı **import** edirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/c/7/0/b/c70b331c8a1ec000/87ae9859-35e2-49ab-84d2-cdee1c_5g99ev.png)](https://downloads.intercomcdn.com/i/o/1029975112/2cbf80c78533f4a8860a8341/Ekran+%C5%9F%C9%99kli+2024-04-23+181326.png?expires=1759767300&signature=bcebb13edb4ee8545c146394f71d56ae954af8699a19eae4bb158ba3277cf1ad&req=dSAlH8B5mIBeW%2FMW1HO4zQH6E3u0IHkBanc6IJQuIZMeHyw%2BOFzz0OhJY3vD%0AR4bbSOX47oZ8aWl9JdU%3D%0A)
