> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Tədarükün geri qaytarılması

${frame}[](https://www.youtube.com/embed/Lp3jgPC1L9Q)

Tədarük etdikdən sonra, geri qaytarmaq istədiyiniz məhsul varsa, tədarükün qarşısındakı 3 (...) nöqtədən **Məhsulun geri qaytarılması** bölməsinə daxil olmaq lazımdır.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot1_19obrb9.png)


Tədarükü qaytararkən, qaytarılan məbləğin hansı maliyyə hesabına gələcəyini və hansı məhsulları qaytardığımızı qeyd edirik.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot4_8rva35.png)


Aşağıdakı şəkildə qırmızı rəng ilə işarələnmiş **Miqdar** xanasında həmin məhsuldan neçə **vahid** qaytaracağımızı qeyd edirik. **Dəyər** xanasında həmin məhsulu hansı qiymətlə geri qaytardığımızı qeyd etdikdə sonuncu xanada **cəm** dəyəri göstərir. **Dəyər** xanasında məhsulun son alış qiyməti avtomatik olaraq düşür. Lakin bu qiyməti dəyişmək mümkündür. Qeydləri etdikdən sonra **saxla** düyməsinə vururuq.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot2_nyu3k8.png)


Qaytarılan tədarüklərə **İnventar > Tədarükün geri qaytarılması** bölməsindən baxa bilərik. Yaşıl rəng ilə işarələnmiş sütunda yeni yaratdığımız **geri qaytarılma qaiməsi**nin **İD** kodu, mavi rəng ilə işarələnmiş sütunda isə həmin geriqaytarılmanı etdiyimiz **Tədarükün İD** **kodu** görünür. Bu kodlara daxil olaraq, tədarükə və geri qaytarılmaya ətraflı baxa bilərsiniz.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot2_1lzb512.png =886xauto)

**Yarat** düyməsi ilə tədarük sənədindən asılı olmadan məhsulu fərdi qaydada tədarükçüyə geri qaytara bilərsiniz. Açılan səhifədə bizdən tələb olunan məlumatları daxil edərək yeni geri qaytarılmanı yarada bilərik.

1. Geri qaytaracağımız Tədarükçünü seçirik *(Məhsulların kimə geri göndərdiyimizi göstəririk)*
2. Status *(Geri qaytarılan tədarükümüzün statusunu təyin edirik)*
3. Anbar seçimi *(Tədarükümüzün hansı anbardan xaric olunacağını seçirik)*
4. Kateqoriya *(Avtomatik olaraq Tədarüklər seçilir)*
5. Əməliyyat vaxtını qeyd edirik
6. Balans seçirik *(Tədarükün qaytarılması zamanı ödənişin hara geri qayıdacağını göstəririk. Nisyə alışlarda **Ödənilməmişdir** seçilməlidir)*
7. Qaimə nömrəsi (*Əgər alış qaiməsinin nömrəsi varsa bu hissəyə yaza bilərsiz)*
8. Açıqlama *(Hər hansı əlavə şərhlər varsa əlavə edirik)*

Yuxarıda sadalanan bütün ayarları qeyd etdikdən sonra, geri qaytaracağımız məhsulları siyahıdan əlavə edib aldığımız miqdarı və dəyərini qeyd edirik.

Toplu seçim funksiyasından istifadə edərək qaytaracağımız məhsulları toplu halda da seçə bilərik.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot1_13fekwa.png =1094xauto)


