> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Tarixçə

## Arxa paneldə çekin tarixçəsinə baxmaq

* Satış - Çeklər bölməsində, şübhəli hərəkətləri və digər məlumatları izləmək üçün aşağıdakı addımları izləyin:

* Satış → Çeklər bölməsindən baxmaq istədiyiniz çekin ID-sinə klik edərək həmin çekə daxil olun.

* Çekə daxil olduqdan sonra **Tarixçə** hissəsində çekdə edilmiş hərəkətləri izləyə bilərsiniz.

* Tarixçə hissəsində çekdəki hərəkətlərin tarixi, saatı, hansı terminaldan göndərildiyi və hansı əməkdaşın əməliyyatı həyata keçirdiyi barədə ətraflı məlumat qeyd olunur.

* Çekin aşağı hissəsində **ön çek sayı** və **şübhəli hərəkət sayı** qeyd olunur. Bu, öncəki çeklərin və şübhəli hərəkətlərin sayını izləmək üçün istifadə olunur.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/b/c/f/d/bcfd86697097a000/a1794e2f-625c-4388-836c-d5d5e8_8k08hl.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219253503/f9b50c970426b4824bbbe484f3c0/Screenshot_9.png?expires=1759767300&signature=02d204352e2911c30cf8d4ccf6595b39b4665a7c098e5903d4adcb60c613d6ba&req=dSImH8t7noRfWvMW1HO4zbPqUX62p3vSJFApfq3zgCXeW2AUiUY32WiHu4Mz%0AU%2BtnxwI0%2Frstq1nJcTM%3D%0A)

## Terminaldan Çekin Tarixçəsinə Baxmaq

Çekin tarixçəsinə terminaldan baxmaq üçün aşağıdakı addımları izləyin:

* Terminaldan çekin tarixçəsinə baxmaq üçün ilk olaraq masaya daxil olun.
* Masaya daxil olduqdan sonra, sol tərəfdə yerləşən ikona klikləyin.
* Açılan pəncərədə, həmin çeklə bağlı bir çox hərəkətləri izləyə bilərsiniz. Burada çekin tarixi, əməliyyatlar və digər detallar göstərilir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/7/f/a/d7fac5676b7c3800/e073a040-7015-4b5d-9dcb-716ecb_1t8dz4q.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219291996/d4c714049235a4000584170a7c3a/Screenshot_10.png?expires=1759767300&signature=beac288ac96c27b5f784a15aeb1412e21137e73895f2bdee1ad901f7da1f2354&req=dSImH8t3nIhWX%2FMW1HO4zRsusJ08biqdEz2WStvjV4I6cdVbqQMj2JvqqzLk%0A3v3XgtTZA1DzOdKN%2F6o%3D%0A)

Bağlı olan çekin tarixçəsinə baxmaq üçün arxiv çekin üzərinə vurub Çek tarixçəsi sözünə klik edirik.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/a/9/5/5a95d5cb38d72400/8d3ac4b2-7a78-4e22-871a-ea4ea7_11ov3sg.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1234462112/fd48044d207d565fb2c6b9b9927c/Screenshot_3.png?expires=1759767300&signature=91c65005dbd2645ac84b6e5e58abf2489fa28008705fafc8e065e3c0310741cd&req=dSIkEs14n4BeW%2FMW1HO4zdGCLIsBUaYPKzQ2bPzmz4zJr32Mrw4C7fwXCYz9%0AT%2FAZZGQoe5dI6ibsRno%3D%0A)

​

## Əməkdaşların və Terminalların Əməliyyatlarına Baxış

**Statistika → Tarixçə** bölməsindən terminalda hər bir əməkdaşın həyata keçirdiyi əməliyyatlara baxmaq üçün aşağıdakı addımları yerinə yetirin:

* **Tarixçə** hissəsindən hər bir əməkdaşın etdiyi əməliyyatları asanlıqla izləyə bilərsiniz.
* Daha ayrıntılı məlumat əldə etmək üçün tarix aralığı və digər filtrlərdən istifadə edə bilərsiniz.
* Şübhəli hərəkətlərə və edilmiş bütün əməliyyatlara daha detallı baxmaq üçün **Hərəkətlər** bölməsindən filtr tətbiq edib, lazımi bölməni seçərək baxın.
* Həmçinin, əməliyyatları əməkdaşlar və terminallar üzrə də filtr edərək daha konkret məlumatlara baxmaq mümkündür.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/5/1/d/d51d28a82ca42800/01b397e1-96ab-4714-bcaf-13fa52_1vbi5g.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219419039/02fa11f8abe1f0dbcde5c2dd475f/Screenshot_6.png?expires=1759767300&signature=39984f2a6b2c710a4f82fb3d63a4a8ed6b771c2de2224c01bf8b47c664934a88&req=dSImH81%2FlIFcUPMW1HO4zS6ZTQhJF7%2Fc2jeuNNj84c8Pa1HBm1Jc3h6rgauQ%0AgN0EitcqATLsvUiTuV0%3D%0A)

💡 **Məlumatların Excel faylında yüklənməsinə** ehtiyac olduqda, sağ yuxarı küncdəki [Eksport](https://az.help.clopos.com/az/article/melumatlarin-eksport-edilmesi-157r4ey/) düyməsinə klikləyin və müştərilər üzrə statistik məlumatları özündə əks etdirən **Excel cədvəlini** yükləyin.

## Məhsul Silmə Etiketinin Yaradılması

Məhsul silmə etiketini yaratmaq üçün aşağıdakı addımları izləyin:

* Əsas menyudan **Tənzimləmələr** bölməsinə keçin.

* **Tənzimləmələr** daxilində **Ümumi** bölməsinə daxil olun.

* **Məhsulu çekdən silmə səbəbləri** qrupunu tapın.

* Bu qrup daxilində məhsul silmə səbəbləri üçün yeni bir etiket yaradın.
* Bu qrupun sağ tərəfindəki üç nöqtə butonuna klikləyin.
* Açılan pəncərədə, + düyməsinə basın və silmə səbəbinin adını qeyd edin.
* Səbəbi daxil etdikdən sonra **Yarat** düyməsinə klikləyərək prosesi tamamlayın.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/3/6/e/e/36ee4f715dc82200/fde40810-17db-4d7b-97c3-9e4940_9nqwfw.png =635xauto)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219419037/4a2f1dc3597ff1a1319fd651f205/Screenshot_7.png?expires=1759767300&signature=00c0c4512792d8c13440c217521bf64bd66ccf7acb93266f667c52e147cf0c01&req=dSImH81%2FlIFcXvMW1HO4zdYXS7qdQo9V9W32n10vn8dEKD7%2Bh%2BKrLJRE0GT%2B%0AUZ%2F2i3UUN4%2BRWkLtbQc%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/6/4/2/b/642bd39a855ce400/c923409b-ab5f-442c-a87a-8521e5_189eejq.png =750xauto)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219419038/77bbacc8a8a7debd4c8625ab50b9/Screenshot_8.png?expires=1759767300&signature=777c2235e5d2bbf195aea2cc5fd36c836d887a6627c6b744a820bf9cc8106565&req=dSImH81%2FlIFcUfMW1HO4zcdAbK0vO6%2BoDqkKJxewTLY5YXueibFNT77qQXZK%0A%2FxmuvLVflR098EnU4FM%3D%0A)

