> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Şübhəli hərəkətlər

## Şübhəli Hərəkətlərin Fərqləndirilməsi

Satış → Çeklər bölməsində şübhəli hərəkətlərin izlənməsi üçün aşağıdakı addımlara diqqət yetirilməlidir:

* **Çekin ID-sinə diqqət yetirin:** Şübhəli hərəkətlərə nəzarət etmək üçün ilk olaraq çekin ID-sinə baxılır.
* **Sarı rənglə işarələnmiş çekləri izləyin:** Əgər çek sarı rənglə işarələnibsə, bu, həmin çekin digər çeklərdən fərqləndiyini və orada şübhəli hərəkətin ola biləcəyini göstərir.
* **Xəbərdarlıq ikonu olan çeklər:** Əgər çekin qarşısında sarı nida ikonu varsa, bu çekdə şübhəli hərəkətlərin olduğunu göstərir.  
​

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/c/8/3/f/c83f5f4c1b1aa800/69e4c2d0-61b4-4e23-96c0-a01ce1_11wgd1.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219088352/2a308a65ee3692359fb10716dc48/Screenshot_1.png?expires=1759767300&signature=c2f00e9137b621bf1f2b357490f9f3d4aaa23eda7193e1663bd98d0331dca1f1&req=dSImH8l2lYJaW%2FMW1HO4zUfMhERTjYn5hUv6SiYmhJr1S5PujOePnAiAbS%2B3%0Ao6EH%2FJ2Hb9l7g39Twak%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/f/8/0/d/f80d1790ff8b9000/5aca2e12-8b22-4ad4-9cd4-0f4609_25avl1.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1227354210/120951975651165c8eba4d201b47/Screenshot_1.png?expires=1759767300&signature=502b2082aeb68292834672cbaf3d569dae76cad84112d8de98c645e6bb393b30&req=dSIlEcp7mYNeWfMW1HO4zQJiESfyPejw62hBfi0zlIClzmMTbHkvANv1bnUa%0AFvlkZbR2o2Zr1chmUWQ%3D%0A)

## Şübhəli Hərəkətlərin İdarə Edilməsi

Arxa paneldə şübhəli hərəkətləri aktiv və ya deaktiv etmək üçün aşağıdakı addımları izləyin:

* Arxa panelin əsas menyusundan **Tənzimləmələr** bölməsinə keçid edin.
* Tənzimləmələr daxilində **Çeklər** hissəsini açın.
* Çeklər bölməsindəki **Hərəkətlər** hissəsini tapın.
* Hərəkətləri şübhəli hərəkət kimi **aktiv** və ya **deaktiv** etmək üçün müvafiq seçimi edin.
* Dəyişikliklərin qüvvəyə minməsi üçün **Saxla** düyməsinə klik edin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/b/4/c/db4c7469dfe82000/fcf94fee-f325-4111-a64b-9032bc_16lwkie.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219101780/afaf831534fe5c0998c03bbe1013/Screenshot_2.png?expires=1759767300&signature=623a3dc000b3e7758a7c30143b7c419650657c31c372a7ab9abf6e597cd5b5fd&req=dSImH8h%2BnIZXWfMW1HO4zRGlc5demFZhJlsxttb6iU%2BBwhnB4NR%2BiOxCiwBS%0AxOd8dB7HYcskNUN%2FxWk%3D%0A)

## Şübhəli Hərəkətlərin Təhlili

Satış - Çeklər bölməsində şübhəli hərəkətləri izləmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:

* **Çekin ID-sinə klik edin:** Satış - Çeklər bölməsindən şübhəli hərəkətləri izləmək istədiyiniz çekin ID-sinin üzərinə vuraraq həmin çekə daxil olun.
* **Tarixçə hissəsinə baxın:** Çekə daxil olduqdan sonra, **Tarixçə** hissəsinə keçin.
* **Hərəkətləri izləyin:** Tarixçə bölməsindəki hərəkətlərə nəzər yetirin. Əgər hərəkət sarı nida işarəsi ilə göstərilibsə, bu, həmin hərəkətin şübhəli olduğunu bildirir.
* **Şübhəli hərəkətlərin sayını yoxlayın:** Çekin sağ aşağı küncündə, həmin çekdə neçə ədəd şübhəli hərəkət olduğu qeyd olunub.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/7/0/c/a70c8a0bb4ce78/3fe9afb5-0753-47cc-b0ee-f0f068_1hu70pl.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219116648/9f34c2badf6bd9f6177210ec0214/Screenshot_4.png?expires=1759767300&signature=4f30070019724a3757fed183efa9e6843927212189fbdfd399fb4f8586a75dd6&req=dSImH8h%2Fm4dbUfMW1HO4zbv6ogykNAtWrhuI%2FZ3vTw6vH6EUaARuWyEAI8rp%0A%2BYqkXjuKszxZyPIwRCs%3D%0A)

|| 💡Şübhəli hərəkəti deaktiv etdikdən sonra artıq deaktiv etdiyiniz hərəkətlər şübhəli hərəkət olaraq görünməyəcək. Lakin bundan öncəki çeklər vurularkən bu funksiya aktiv olduğu üçün, onların tarixçəsində şübhəli hərəkətlər görünəcək.​

## Şübhəli Hərəkətlərin Filtrlənməsi və İzlənməsi

1. **Filtr tətbiq edin:**

* Əgər şübhəli hərəkətlərə əsaslanaraq filtr tətbiq edib baxmaq istəyirsinizsə, **Statistikalar - Tarixçə** bölməsinə daxil olun.
* Burada **Hərəkətlər** bölməsindən istədiyiniz hərəkəti seçə bilərsiniz.
2. **Şübhəli hərəkətləri birbaşa izləyin:**

* Sadəcə şübhəli hərəkət olan çekləri izləmək üçün, səhifənin sağ yuxarı küncündə yerləşən **Şübhəli hərəkətlər** seçiminə klik edərək həmin çeklərə baxa bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/5/2/4/95240c5198abb00/c5e36942-88a8-4401-b555-00636d_nnsmlu.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1219193704/1fe3fef80eaff25dc872972393bb/Screenshot_8.png?expires=1759767300&signature=183eaa2baca8f86480787e21fc9afaf24b7da6b45f90af6b0f50d030baf4413c&req=dSImH8h3noZfXfMW1HO4zQO26f1ZvVxJ13GyACk68bmzX30fiadABr1xZn7C%0AMUhN8BSqri7Y5DzYtGc%3D%0A)