Məqalələr: Statistika
Bu məqalə də mövcuddur:

Statistika→Ödənişlər

StatistikaHesabatlarÖdənişlər hissəsindən ödəmə üsuluna görə statistik məlumatlara baxmaq mümkündür. İlk açılan səhifədə ödəniş üsullarının cəmi kimi Cəm satış görünür. Bütün ödəniş üsullarına ayrı-ayrı baxmaq üçün, şəkildə bənövşəyi rənglə işarələnmiş bölməni açıb, istənilən ödəniş üsulunu aktiv edə bilərsiniz.



Ödəniş üsullarını aktiv edəndən sonra, qəhvəyi rəng ilə işarələnmiş bölmədə filter edərək, "Terminal" / "Satış üsulu" / "Əməkdaşlar"/ "Mənbə" üzrə statistikaya baxa bilərsiniz.


Mənbə filteri ilə satışları iki qrupa ayıra bilərsiniz:


  • Terminalda yaradılan çeklər;
  • Arxa paneldən yaradılan çeklər.


Əməkdaş filterində seçdiyiniz əməkdaş, çekin sahibi deyil; burada yalnız çeki bağlayanın hesabatı görünür.


💡Əgər cədvəldə sizə lazım olan və ya lazım olmayan hər hansı sütun varsa, Cədvəl bölməsindən həmin sütunları aktiv və ya deaktiv edə bilərsiniz.



💡 Məlumatların Excel faylında yüklənməsinə ehtiyac olduqda, sağ yuxarı küncdəki Eksport düyməsinə klikləyin və müştərilər üzrə statistik məlumatları özündə əks etdirən Excel cədvəlini yükləyin.

Yeniləndi: 16/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!