> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Statistika→Məhsullar

**Statistika → Hesabatlar → Məhsullar** bölməsindən seçilmiş vaxt üçün satılan məhsullar, o cümlədən **gəlir**, **mənfəət**, **maya dəyəri** və digər göstəricilər haqqında ətraflı məlumatı əks etdirir.

|| 💡Əgər cədvəldə sizə lazım olan və ya lazım olmayan hər hansı sütun varsa, [Cədvəl ](https://az.help.clopos.com/az/article/cedveller-16olw7/)bölməsindən həmin sütunları aktiv və ya deaktiv edə bilərsiniz.

* Bir və ya bir neçə məhsulu yoxlamaq üçün "Məhsul" filtrindən istifadə edin və istədiyiniz elementləri seçin.
* **Ətraflı təhlil** üçün **"Filtrlərdən"** istifadə edin. Filtrlər aşağıdakı parametrlər üzrə təhlil etməyə imkan verir. Çek nömrəsi, vaxt intervalı, terminallar, zallar, əməkdaşlar, satıcı, məhsul növü(inqrediyen, hazır məhsul və s.), mənbə növü, satış növü, mühasibat kateqoriyaları, müştərilər, ikram ,etiket

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/1/1/c/911c72b4f43f6800/056f3207-9328-450f-a82d-84c848_9jd26w.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1716609209/96b859aa720312d0e40523616217/Screenshot_3.png?expires=1759767300&signature=8e1a7c3c1af78a7bc634f03b7e34fb19640f2aaf2411913aa4d05ea0829fc245&req=dScmEM9%2BlINfUPMW1HO4zW3jBr%2BvmFvRueaPKSAQ9yfr733pp0wT8M0%2B%2F5aA%0AhJGu4C9K4kXp1gJlkIA%3D%0A)

**Mənbə** filteri ilə satışları iki qrupa ayıra bilərsiniz:

* Terminalda yaradılan çeklər;
* Arxa paneldən yaradılan çeklər.

Məhsulun üzərinə kliklədikdə məhsulların satışı və onların miqdarı haqqında daha ətraflı məlumat göstərilir.

Nümunə olaraq "**Set Filya 26 əd**" məhsuluna baxaq.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/8/d/4/e/8d4e4bd360a60800/9d903fdb-c0ce-406a-9064-f61d07_1nac2m4.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1716608959/1d62e1687dd8409591acdc975ed7/Screenshot_4.png?expires=1759767300&signature=682763551770a10ce7f18611a901ee787f92f02148a3ae115f4b8f0954272b7f&req=dScmEM9%2BlYhaUPMW1HO4zbLpcoe0oelYUzYq4r8QzAyk7nwqRXp4LnR02TSi%0A3L5hl3e7dj6ZXUqOmmg%3D%0A)

* 1-ci sütunda **" Modifikator Qruplar** " - bu məhsulu satarkən hansı modifikatorların seçildiyini, həmçinin miqdarı və gəliri göstərir.

* 2-ci sütun " **Çıxarılan ehtiyat**" - bu məhsul və onun modifikator üçün sistem tərəfindən edilən bütün tərkib silinmələri göstərir.
* 3-cü sütun " **Çek** " - məhsulumuzun iştirak etdiyi bütün qapalı çekləri göstərir.
