> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Sistemdən istifadə etməyən əməkdaşların sistemə qeydiyyatı

## Bu qeydiyyat nə üçün lazımdır?
Restoran və ya digər müəssisələrdə Xadimə, Aşbaz, Qəlyançı, Çamaşırçı, SSM (sanitar-sanepidemioloji məsul şəxs) kimi əməkdaşlar adətən birbaşa sistemdən istifadə etmir, yəni satış terminalına daxil olmur və sifariş qəbul etmirlər. Lakin bu əməkdaşların da sistemdə qeydiyyatdan keçirilməsi vacibdir. Belə ki, qeydiyyat sayəsində kadr uçotu mərkəzləşdirilmiş şəkildə aparılır, əməkhaqqı hesablamaları, iş qrafiki və hesabatlar düzgün formalaşır, həmçinin biznesdə çalışan bütün heyətin tam mənzərəsi tək sistem üzərindən izlənilir.

## Yeni vəzifənin yaradılması
İlk növbədə, qeydiyyatdan keçirəcəyiniz əməkdaşa uyğun vəzifə yaratmaq lazımdır.
•       Arxa panelə daxil olub **Əməkdaşlar → Vəzifələr** bölməsinə keçid edin.
•       Yuxarı sağ küncdə yerləşən **Yarat** düyməsinə klikləyin.
•       Açılan pəncərədə vəzifənin adını qeyd edin **(məsələn: Xadimə, Aşbaz, Qəlyançı, Çamaşırçı, SMM)**.
•       **İstifadəçi növü** sahəsində **Satıcı** və ya **Kuryer** seçimini edə bilərsiniz. Əgər yaratmaq istədiyiniz əməkdaş bu kateqoriyalara daxildirsə, seçim edirsiniz, sistemdən istifadə etməsə belə statistikada satış məbləğlərini görürsünüz. 
•       Lazımi digər icazə və parametrləri tənzimlədikdən sonra **Saxla** düyməsinə klikləyərək vəzifəni yadda saxlayın.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/sekil1_ayv0eo.png)
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/sekil2_1xjg553.png)


|| 💡 **Vacib qeyd: **İstifadəçi növü **boş** saxlanılmalı və ya sistemdə uyğun olan ümumi/digər seçim tətbiq olunmalıdır. **Satıcı** seçildiyi halda əməkdaş terminalda görünür və satış əməliyyatlarına daxil ola bilir, **Kuryer** seçildiyi halda isə çatdırılma modulunda yer alır — bu isə sistemdən istifadə etməyən əməkdaşlar üçün lüzumsuzdur
## Əməkdaş üçün istifadəçi yaradılması

Vəzifə uğurla yaradıldıqdan sonra, həmin əməkdaşı sistemdə fərdi istifadəçi olaraq qeydə almaq lazımdır.
•       **Hesab məlumatları → Əməkdaş istifadəçilər** bölməsinə keçid edin.
•       Yuxarı sağ küncdə yerləşən **Yarat** düyməsinə klikləyin.
•       Açılan pəncərədə əməkdaşa aid məlumatları — **Ad, Soyad, Telefon nömrəsi, Əmək haqqı** və digər sahələri doldurun.
•       **Vəzifə** sahəsində əvvəlki addımda yaratdığınız vəzifəni siyahıdan tapıb seçin. Bu addım **mütləq şəkildə** yerinə yetirilməlidir — vəzifə təyin olunmadığı təqdirdə əməkdaş sistemdə düzgün təsnifləndirilməyəcək və hesabatlarda yer almayacaq.
•       Bütün məlumatlar daxil edildikdən sonra **Saxla** düyməsinə klikləyərək istifadəçini sistemə əlavə edin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/sekil3_jd885u.png)


||| 💡 **Tövsiyə: **Hər yeni əməkdaş üçün ayrıca istifadəçi profili açılması məsləhət görülür. Eyni profili bir neçə əməkdaş arasında paylaşmaq, kadr uçotu və əmək haqqı hesablamalarında qarışıqlığa səbəb ola bilər.
## Yoxlama
Qeydiyyat tamamlandıqdan sonra, prosesin doğruluğunu aşağıdakı kimi yoxlaya bilərsiniz:
•       **Hesab məlumatları → Əməkdaş istifadəçilər** bölməsinə daxil olun və yeni əlavə edilmiş əməkdaşın siyahıda olduğunu təsdiqləyin.
•       Əməkdaşın qarşısında **vəzifəsinin** doğru göstərildiyinə əmin olun.
•       Əməkdaşın **satış terminalında istifadəçi seçimi** ekranında görünmədiyini yoxlayın. Əgər görünürsə, vəzifə sahəsində səhvən **Satıcı** növü seçildiyini göstərir — bu halda vəzifəni redaktə edib istifadəçi növünü düzəltmək kifayətdir.