> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Silinmiş məhsulların bərpası

## ${color}[#000000](Clopos sistemində silinmiş  məhsulun bərpası)

Clopos sistemində silinmiş  məhsulları müəyyən müddət ərzində bərpa etmək mümkündür. Bu funksiya, xüsusilə məhsulun səhvən silindiyi hallarda məlumat itkisinin qarşısını almaq və məhsulu yenidən sıfırdan yaratmağa ehtiyac qalmaması üçün nəzərdə tutulub.
Silinmiş məhsul bütün parametrləri (kateqoriya, qiymət, tip və digər təyin edilmiş xüsusiyyətlər) ilə birlikdə geri qaytarılır.


|| Silinmiş məhsullar sistemdə 60 gün müddətində saxlanılır. Bu müddət bitdikdən sonra məhsul sistemdən tam silinir və onun bərpası mümkün olmur.

### Silinmiş məhsulu necə bərpa etmək olar?

Silinmiş məhsulun bərpası üçün aşağıdakı addımları yerinə yetirin: 

Arxa panelə daxil olun, sonra **Menyu → Məhsullar → Silinmiş** bölməsinə keçid edin. Bərpa ediləcək məhsulun üzərinə siçanın sağ düyməsi ilə klikləyin və açılan menyudan **“Bərpa et”** seçimini seçin.
 ![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1byp6ow.png)
**Yarımfabrikat və İnqrediyentlərin Bərpası**
Eyni bərpa prosesi **menyu məhsulları** üçün olduğu kimi, **Yarımfabrikatlar** və **İnqrediyentlər** üçün də keçərlidir. Əgər yarımfabrikat və ya inqrediyent səhvən silinibsə, onları **60 gün** ərzində bərpa etmək mümkündür.
Bərpa etmək üçün:
**Menyu → Yarımfabrikat/ İnqrediyent** bölməsinə daxil olun.
**Silinmiş** bölməsini açın.
Siyahıdan müvafiq **yarımfabrikat** və ya **inqrediyent** seçin.
**Sağ klik** → **“Bərpa et”** seçimini edin.

### İcazənin aktiv edilməsi

Silinmiş elementlərin bərpası üçün istifadəçi rolunda müvafiq icazə aktiv olmalıdır.
Bunun üçün:
**Əməkdaş →&#160;[Vəzifələr](https://az.help.clopos.com/az/article/vezifelere-elave-ve-deyisiklikler-etmek-r5yaf6/) **bölməsinə daxil olun. Əməkdaşınızın vəzifəsini tapın və üç nöqtəyə klikləyərək** “Dəyişdir”** seçin. Daha sonra bölmədə **“Silinmiş elementlərin idarə olunması”** icazəsi aktiv edilməlidir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1kqm4sd.png)

Bu icazə olmadan istifadəçi:
* Silinmiş elementləri görə bilməz
* Onları bərpa edə bilməz
* Silinmişlər bölməsini idarə edə bilməz
Əgər bərpa seçimi görünmürsə, sistem administratoru tərəfindən bu icazənin aktiv olub-olmadığını yoxlamaq tövsiyə olunur.
