> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Silinmiş əməkdaşların bərpası

### Clopos sistemində silinmiş əməkdaşların bərpası

Clopos sistemində silinmiş əməkdaşları (istifadəçiləri) bərpa etmək mümkündür. Bu funksiya, xüsusilə məhsulun səhvən silindiyi hallarda məlumat itkisinin qarşısını almaq və məhsulu yenidən sıfırdan yaratmağa ehtiyac qalmaması üçün nəzərdə tutulub.

Clopos **arxa panelinə** (admin panelinə) daxil olun.Sol menyudan **Əməkdaş** → [İstifadəçilər](https://az.help.clopos.com/az/article/emekdaslarin-elave-edilmesi-3tq3pp/) bölməsinə keçin.Səhifənin yuxarı sağ tərəfində yerləşən **“Silinmiş”** filtrinə klik edin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_38corq.png)

Bərpa etmək istədiyiniz əməkdaşın sətrinin sağ tərəfindəki **üç nöqtə** (**…**) menyusuna klik edin.Açılan menyudan **“Bərpa et”** seçiminə basın.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_29ak0s.png)

Əməkdaş dərhal **İstifadəçilər** siyahısına qayıdacaq və yenidən aktiv status alacaq.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1cosnew.png)
|| 💡 Silinmiş əməkdaşın bərpa oluna biləcəyi maksimum müddət 60 gündür. 60 gün tamamlandıqdan sonra məlumatlar sistemdən birdəfəlik silinir və bərpa mümkün olmur.

### İcazənin aktiv edilməsi

Silinmiş elementlərin bərpası üçün istifadəçi rolunda müvafiq icazə aktiv olmalıdır.
Bunun üçün:
**Əməkdaş → **[Vəzifələr](https://az.help.clopos.com/az/article/vezifelere-elave-ve-deyisiklikler-etmek-r5yaf6/) bölməsinə daxil olun. Əməkdaşınızın vəzifəsini tapın və üç nöqtəyə klikləyərək **“Dəyişdir”** seçin. Daha sonra bölmədə **“Silinmiş elementlərin idarə olunması”** icazəsi aktiv edilməlidir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1kqm4sd.png)

Bu icazə olmadan istifadəçi:
* Silinmiş elementləri görə bilməz
* Onları bərpa edə bilməz
* Silinmişlər bölməsini idarə edə bilməz
Əgər bərpa seçimi görünmürsə, sistem administratoru tərəfindən bu icazənin aktiv olub-olmadığını yoxlamaq tövsiyə olunur.
