> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Sifarişin idarə edilməsi

## Modulun aktiv edilməsi:

Terminalda sifarişlərin idarə olunması üçün qeyd edilən modul aktiv edilməlidir. Modulu aktiv etmək üçün **Arxa panel → Tətbiqlər → Hamısı** bölməsinə daxil olub, **Sifarişin idarə edilməsi** modulunu seçərək qoşulun. Bu modul üçün aylıq ödəniş tələb olunmur. Modul qoşulduqdan sonra **Tətbiqlər** bölməsinə əlavə ediləcək.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/9/3/a/d93adc6b96382000/a276a07f-9605-49fb-bd3e-eb1c7e_1raqn2i.png)](https://downloads.intercomcdn.com/i/o/1174979594/1e6d41a82eca602c7d3bbb90/Screenshot_1.png?expires=1759767300&signature=94b2b7fa6e70f10511f6b7d70a924cc5c1d976070614b8665b2ef729baff3c57&req=dSEgEsB5lIRWXfMW1HO4zflgi2pPKGSm9T4BhMdN%2FahDIq59VQWiwmrj9SSi%0AvvKzbVnD9Qn3AkdmuK8%3D%0A)

**Modulun istifadəyə verilməsi:**

Modula qoşulduqdan sonra **Tətbiqlər → Sifarişin idarə edilməsi** moduluna daxil olun. Statusu aktivləşdirin və idarə etmək istədiyiniz satış üsullarını seçin. Terminalda hansı satış üsullarını idarə etmək istəyirsinizsə, onları seçib **Saxla** düyməsini klik edin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/9/e/8/49e86344d5fa3c00/2a57b136-82fa-444c-9617-52656a_1gk9w5x.png)](https://downloads.intercomcdn.com/i/o/1175059237/ffe9edcbe9ae197488baffa2/Screenshot_1.png?expires=1759767300&signature=22e353fbac37acb0797098771487624dbbfce7ea1cb970758498b4aa1656fc0b&req=dSEgE8l7lINcXvMW1HO4zWVvVW%2FNrJv91BcDJZWoMW8ubdIg9AVwHh1F1E85%0ADuq2McimAVF5Ero7GvI%3D%0A)

**"Sifarişin idarə edilməsi" funksiyasının istifadəsi:**

Sifarişlərə status təyin etmək üçün işarələnmiş ikona klik edirik. Bu səhifədə sifarişlərin idarə olunması mümkündür. Hər bir çekin İD koduna əlavə olaraq sifariş nömrəsi də mövcuddur. Bu sifariş nömrəsini terminalda, çekdə və [sifariş statusu ekranında](https://az.help.clopos.com/az/article/sifaris-statusu-ekrani-1w3fmjc/) görə bilərsiniz. Sifariş nömrəsi çekin İD kodunun altında əks olunur. Sifarişin statusuna baxmaq üçün kilidin üzərindəki işarələnmiş düyməyə klik edin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/e/b/74eb5d25abe64000/7d3de123-177e-4cb2-82b7-fba15b_1cl2hkm.png)](https://downloads.intercomcdn.com/i/o/1182573704/b07842e03b10980b89b88c6e/Screenshot_1.png?expires=1759767300&signature=0ab54bf8b04c854b555a8f3571cce2644d8502c4c487b32de1bf07168d534864&req=dSEvFMx5noZfXfMW1HO4zVZmhRERpogqM807aufzDb%2BIB3BuBdTM%2BzQGifky%0A17o%2BwsVP%2BnECGyhQ2CA%3D%0A)

Açılan pəncərədən statusu dəyişmək mümkündür.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/2/9/8/5298a8fc3eb4cc00/fc29bc06-2c6d-43e2-9e08-73b101_pjyyrb.png)](https://downloads.intercomcdn.com/i/o/1190684165/aa8824280a7df38aa7bfd301/Screenshot_1.png?expires=1759767300&signature=a9843ab1012ffc5a3aacae9cb52286fdc333b9c3247069b46245b78939aeccf0&req=dSEuFs92mYBZXPMW1HO4zZyTCrwPu2E%2B31nW8gtqfc0XmP3f4Wx5KMls29wg%0Amoie6OMvKzxLvTRJ45A%3D%0A)

**Sifariş statuslarının izahı:**

* **Planlaşdırılmış:** Öncədən planlaşdırılmış satışlar üçün istifadə edilən statusdur. (Bu funksiya yaxın günlərdə aktiv ediləcək.)
* **İcrada:** Məhsulun hazırlanma prosesində olduğunu bildirən statusdur.
* **Hazırdır:** Məhsulun tam hazır olduğunu bildirən statusdur.
* **Kuryerdə:** Məhsulun kuryer vasitəsilə çatdırılmaqda olduğunu göstərən statusdur.
* **Tamamlandı:** Sifarişin uğurla tamamlandığını bildirən statusdur.
* **Ləğv edildi:** Sifarişin ləğv olunduğunu bildirən statusdur.

Sifarişlərinizin statusunu şəkildə göstərilən işarələnmiş bölmədən izləyə bilərsiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/4/7/2/e472bd02c05a8000/c18c1df4-dd90-4052-8919-3bc111_v6a5uf.png)](https://downloads.intercomcdn.com/i/o/1175062079/10a029815b67292aaf7a83ce/Screenshot_2.png?expires=1759767300&signature=c26e66a316f5af6a69d95887b69705e021b07944e9af0ac8e182f4d9862ffb86&req=dSEgE8l4n4FYUPMW1HO4zb4zhq%2F5newq%2FJuHQ5CjYkjg1YxzY5miu7txXJ%2Fv%0Aw9a04EBFfgCDRv1BtPI%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/a/4/e/7a4e22d7e3113c00/79874865-e39a-44aa-843f-81983b_hhirai.png)](https://downloads.intercomcdn.com/i/o/1175062078/6ac24474e9481ea7379b82a2/Screenshot_1.png?expires=1759767300&signature=5a8c21c9d76c44c4068fdb2b2cd4e835d70050b37b99f8f345e8c3b21aaf6dee&req=dSEgE8l4n4FYUfMW1HO4zdxrcncjjITLJfK6%2F8uTqxiiwLoF%2FyjIcsfeERmL%0A8Qe4T8qHj2QHNNl6M2k%3D%0A)

**Wolt sifarişlərinin idarə edilməsi:**

Artıq Wolt sifarişləri bu səhifədən idarə olunacaq. İstifadəçinin çeki açıq saxlamasına ehtiyac yoxdur. Sifarişi qəbul etdikdən sonra onu şöbəyə göndərib, çeki bağlaya bilərsiniz. Hər bir sifarişin qarşısındakı **"Hazırdır"** düyməsini basmaqla sifarişin statusunu növbəti mərhələyə keçirə bilərsiniz.

Səhifənin yuxarı hissəsində, mövcud statusların və hər bir statusda neçə sifarişin olduğunu görə bilərsiniz. Sifarişlər üzrə filtr tətbiq etmək üçün səhifənin sağ yuxarı küncündə yerləşən  **Filtr** düyməsindən istifadə edə bilərsiniz.

Əgər sifarişə kuryer təyin edilibsə, **Kuryer** statusu aktiv olur. Sifariş kuryerə təhvil verildikdə, həmin statusa keçid edə bilərsiniz.