> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Sifariş statusu ekranı

## Sifariş statusunun ekranda əks etdirilməsi:

Sifarişlərinizin statusunun hər hansı bir ekranda əks etdirilməsini istəyirsinizsə, bu məqsədlə əlavə modul aktiv edilməlidir. Modulu aktiv etmək üçün **Arxa panel → Tətbiqlər → Hamısı** bölməsinə daxil olub, **Sifariş statusu ekranı** modulunu qoşun. Modulun aktivləşdirilməsi üçün 5 AZN məbləğində ödəniş tələb olunur (bu məbləğ, aylıq ödəniş etdiyiniz abunəliyə əlavə olunacaq). Modul qoşulduqdan sonra, o, Tətbiqlər bölməsinə əlavə ediləcək.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/6/a/c/76ac065451aae000/04e877ad-1a63-4336-9220-6d5111_ul3e3w.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1202501579/ccebd3e6a7d753aadec07a748fd3/Screenshot_1.png?expires=1759767300&signature=c73687b698daa1b52455cf9a66600cd9cd90a6e548d773166518538ff6ee2128&req=dSInFMx%2BnIRYUPMW1HO4zXkz2x0PqlwqwX5qfX9Ez9OL9ugbjHEAFIbyswvY%0AqK91VuRCQVPS3IOKNno%3D%0A)

## Sifariş statusu ekranının aktiv edilməsi:

* **Tətbiqlər → Sifariş statusu ekranı** bölməsinə daxil olaraq statusu aktiv edin.
* Ekranda hansı satış üsullarının sifariş nömrələrinin görsənməsini istəyirsinizsə, **Satış üsulları** bölməsinə daxil olun və yalnız həmin satış üsullarını aktiv edin, daha sonra **Saxla** düyməsini klik edin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/0/1/2/40124cb192d8d800/4c1f09e1-8a07-4d29-8b99-248e2b_1p09j3t.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1202516529/c0c7fac9f4542ffd8c4e4be2c233/Screenshot_3.png?expires=1759767300&signature=3da069caf12b79d6d00d19448b7e24e56b6baac678be872b88b67dc3620de4a4&req=dSInFMx%2Fm4RdUPMW1HO4zfWD%2FC7MeV79EjfwtshVA%2FHAyz3VVtDXsu%2Bc66nl%0AhH%2FJrxhKj1qWZEOZEek%3D%0A)

## Bu modulu istifadə etmək üçün aşağıdakı tələblərə riayət edilməlidir:

* **Lokal şəbəkə aktiv olmalıdır:** Modulun düzgün işləməsi üçün lokal şəbəkə qoşulu vəziyyətdə olmalıdır.
* **Əsas terminal funksiyası seçilməlidir:** Əsas terminalın IP ünvanı sabit qalmalıdır. Bunun üçün ya statik IP təyin edilməli, ya da IP ünvanı routerdə rezerv edilməlidir.
* **Əsas terminalın aktiv edilməsi:** Əsas terminal funksiyasını aktiv etmək üçün **Tənzimləmələr → Terminal → Lokal şəbəkə** bölməsinə daxil olun və funksiyanı aktiv edərək əsas terminalı təyin edin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/7/3/5/1735b9d82cf0a900/80485b11-1971-4fe6-a2d0-636f17_dj4hgu.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1207153716/87cd4a629bb8115ac2d715b7e119/Screenshot_1.png?expires=1759767300&signature=af34ef6436d15690245bf915fd7adf16a7f0b647c178f814b61c77dc7e8b9026&req=dSInEch7noZeX%2FMW1HO4zSI8wEs8ZHO0l25s0sR6OWdkV6TqcKQobAkpDARx%0Aw0Ow2eTNqknlO%2Fspjjg%3D%0A)

## Əsas terminalın IP ünvanını sifariş statusu ekranında istifadə etmək üçün aşağıdakı addımları izləyin:

Əsas terminalın IP ünvanı istifadə olunacaq cihazın Chrome brauzerində axtarış bölməsinə yazılmalıdır. Məsələn, əgər əsas terminalın IP ünvanı 192.168.0.100 olaraq təyin edilibsə, o zaman Chrome brauzerində axtarış bölməsinə **192.168.0.100:8100/oss** yazılmalıdır.

Sifarişiniz "**Hazırdır**" statusuna keçdiyi zaman, ekranda müvafiq bildiriş görünəcək. Bu bildiriş ekranda 5 saniyə ərzində göstəriləcək.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/6/7/8/1/67810d941e816400/9a237358-0857-49fb-871b-c2d65b_1w5gdwx.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1207159691/74e75145d458cbcf3fa2c77ce5b8/Screenshot_3.png?expires=1759767300&signature=6a388c0ea12208394f58803729beca0d88a84db9f30fc8313cf815ae7543878e&req=dSInEch7lIdWWPMW1HO4zY4%2FhyxHFEqkgXbNs4Q7iyr5%2F%2B4WqZbNuMg5eGaY%0AIZOaUKXDwpoND4x7EbY%3D%0A)

## Sifarişlər ekranı iki sütuna bölünmüşdür:

* **Birinci sütun:** Hazırlanma statusunda olan sifarişlərin siyahısı burada göstərilir.
* **İkinci sütun:** Hazır statusunda olan sifariş nömrələri bu sütunda əks olunur.

Hər gün sifariş nömrələri yenilənir və 1-dən başlayaraq sıralanır.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/6/1/3/c/613c5567b9388000/13a08872-b82d-46b8-9889-4d83f8_1jqjdkt.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1207165170/4bde313597c0f34095ac1f597c0b/Screenshot_5.png?expires=1759767300&signature=33fa3f591916e2c34e56c017dfea1e4ba281a735140df7050145db50bef56f87&req=dSInEch4mIBYWfMW1HO4zYHAq4%2FIc8iUZXgCQSLe8%2F1w3IokU4lpj81o5RqS%0AhW5%2FYPESU%2BBof4ZHJPM%3D%0A)

|| 💡 Sifariş nömrələri, [Sifarişin İdarə Edilməsi Modulu](https://az.help.clopos.com/az/article/sifarisin-idare-edilmesi-18fk9d4/) vasitəsilə yaradılır və Sifariş Statusu Ekranında əks olunur. Bu, sifarişlərin idarə olunmasını asanlaşdırır və izlənilməsini təmin edir.

## İşarələnmiş parametrlər simvoluna klik etdikdə, aşağıdakı funksiyaları idarə edə bilərsiniz:

* **Ad təyin edilməsi:** Burada sifariş ekranına tətbiq edəcəyiniz adı təyin edə bilərsiniz.
* **Dil dəyişdirmə:** Sifariş ekranının dilini seçib dəyişdirə bilərsiniz.
* **Səs parametrləri:** Sifariş ekranı açılarkən, səs ucaldıcıdan səsin gəlməsini və ya gəlməməsini müəyyən etmək imkanı var.
* **Tam ekran rejimi:** Bu funksiyanı aktiv etdiyinizdə, sifariş ekranı tam ekranda göstəriləcək və yalnız sifariş məlumatlarını görəcəksiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/6/f/4/96f411dfa66e4800/a2258e0d-e654-4b56-b101-942c8a_hnwero.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1207169261/144019163eb6bb126448a88aaa44/Screenshot_6.png?expires=1759767300&signature=d89ea9fd7a353d9cfe79a5d6ef78ad2abd3ab6375718bf233d6f87903c995a72&req=dSInEch4lINZWPMW1HO4zaFhxdUBu%2BbDCAqWMzti75qkFTAdNb6tweeMN4Pu%0AaZAHxIscPK4DtBqeU%2BA%3D%0A)