Məqalələr: Sual-cavab
Bu məqalə də mövcuddur:

Satış üsulunu necə yaratmaq olar?

Günümüzdə aktual olan bir sıra satış üsulları var ki, onlardan biri də Wolt satış tipidir. Wolt satış üsulu yaradarkən ilk öncə ona uyğun maliyyə hesabı yaratmalıyıq.


Maliyyə hesabı yaratmaq üçün arxa paneldə MaliyyəHesablar bölməsinə daxil oluruq. Daxil olduğumuz səhifədə, yuxarı sağ hissədə yerləşən Yarat düyməsinə klik edirik.



Açılan səhifədə yaradacağımız hesabın adını Wolt yazıb, növünü Bank olaraq qeyd edib saxla düyməsinə klik edirik.



Maliyyə hesabını yaratdıqdan sonra ödəmə üsulu yaradırsınız.

Ödəmə üsulu yaratmaq üçün arxa paneldə SatışÖdəmə Üsulları bölməsinə daxil olub Yarat düyməsinə klik edirik.



Açılan səhifədə yaradacağımız ödəmə üsulunun adını Wolt yazıb, balansını az öncə yaratdığınız Wolt hesabı olaraq seçib saxla düyməsinə klik edirik.



Ödəmə üsulu yaratdıqdan sonra son olaraq satış üsulu yaradırsınız.

Satış üsulu yaratmaq üçün, arxa paneldə SatışSatış üsulları bölməsində, yuxarı sağ hissədə yerləşən Yarat düyməsinə klik edirik.



Açılan səhifədə yaradacağımız satış üsulunun adını Wolt yazıb, ödəmə üsulunu wolt olaraq seçib saxla düyməsinə klik edirik.



Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


+994 12 310 22 66

Yeniləndi: 08/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!