> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 🪑 Satış Terminalında Masa Rəngləri

Sistemdə masaların rəngi aşağıdakı üç vəziyyətə görə dəyişir:

| Rəng | Mənası |
| ---- |
| 🔵 Mavi | Masa sizə aiddir. |
| 🟣 Bənövşəyi | Masa başqa bir əməkdaşa məxsusdur. |
| 🔴 Qırmızı | Masaya təyin edilmiş vaxt limiti keçib. |

---

## 🔴 Qırmızı Rəngin Məqsədi:

Masada **çek açıldıqdan sonra** təyin etdiyimiz **müddət ərzində** əgər masaya heç bir məhsul əlavə edilmirsə və ya son əlavə edilən məhsuldan sonra təyin etdiyimiz müddət qədər vaxt keçdikdə masanın rəngi Qırmızı rəngə dəyişir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/6/2/8/e/628e40b47808d800/3c6aae29-95c0-4e58-831b-0c259f_1g2p53g.jpg)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1656506360/7cb6f9f4dbac6501f064480d843f/WhatsApp+Image+2025-08-06+at+14_07_31.jpeg?expires=1759767300&signature=c52628a5e1a3cae9a956c6c37e33d889a3d7e28df067d993e671d4ef28dd4ab5&req=dSYiEMx%2Bm4JZWfMW1HO4zVwT38E5QTqFkgk21QO6vUXZ%2FjkLwmRXBt5rwUOe%0A%2Fjia7ZcNXFeSA1s1IUY%3D%0A)

## ⚙️ Rəng Dəyişmə Qaydalarının Ayarlanması

Masa rənglərinin avtomatik dəyişməsini **arxa panel**dən tənzimləyə bilərsiniz:

1. **Arxa panel**ə daxil olun.
2. Menyudan **Tənzimləmələr → Terminal** bölməsinə keçin.
3. **“Masa rənglərinin dəyişdirilməsi”** funksiyasını **aktiv** edin. ✅
4. Funksiya aktiv olduqdan sonra, aşağıda yeni bir sahə açılacaq:

* Bu sahədə **masanın neçə dəqiqədən sonra qırmızı rəngə keçməli olduğunu** təyin edə bilərsiniz.
* Məsələn: **30** yazsanız, masa açıldıqdan sonra 30 dəqiqə ərzində sifariş vurulmayıbsa və ya son sifarişdən 30 dəqiqə vaxt keçibsə avtomatik olaraq qırmızıya çevriləcək.

|| 💡 Qeyd: Təyin edəcəyimiz müddət 10 dəqiqədən aşağı və 1000 dəqiqədən yuxarı ola bilməz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/7/6/6/a76634ed58b04000/8eed49f8-b392-480a-af5d-8fc490_lt917l.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1656247604/d3e0cd39a66420c60a7e21c1a0cf/Screenshot_1.png?expires=1759767300&signature=30f86088a94e903e9c5562a80f5148f78315baf5df37e1c497d15ac54f39616f&req=dSYiEMt6modfXfMW1HO4zbiAGj8zLNdA96SKLX%2B0eQCSSqXLkt7G07UrFT6b%0AKIYRESMGo0dvcJf8D6E%3D%0A)
