> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Satılmayan Məhsullar Hesabatı – Yeni Funksionallıq

### Satılmayan Məhsullar Hesabatı


Arxa panel(Back office) sistemində mövcud olan **“Satılmayan məhsullar”** hesabatı istifadəçilərə dövriyyəsi zəif olan və ya müəyyən müddət ərzində satışı baş tutmayan məhsulları izləmək imkanı yaradır. Bu hesabat inventar idarəçiliyinin təkmilləşdirilməsi və məhsul portfelinin analiz olunması üçün nəzərdə tutulub.

**Back Office → Statistika → Hesabatlar → Satılmayan məhsullar** bölməsində yerləşən bu hesabatda satılmayan məhsullar üzrə əsas məlumatlar cədvəl şəklində təqdim olunur.
 Hesabatda hər bir məhsul üzrə:
* Son satış tarixi
* Maya dəyəri
* Satış qiyməti
* Məhsulun növü
kimi vacib göstəricilər əks olunur.

Hesabatdan istifadə qaydası olduqca sadədir:
1. Arxa panel(Back office) sisteminə daxil olunur.
2. **Statistika → Hesabatlar → Satılmayan məhsullar** bölməsi seçilir.
3. Açılan cədvəldə məhsullar üzrə aşağıdakı məlumatlar görünür:
    * Məhsulun adı
    * Növü
    * Satış qiyməti
    * Maya dəyəri
    * Son satış tarixi
Siyahını tarixə, kateqoriyaya və digər meyarlara görə **məhdudlaşdırmaq** üçün mövcud filtrlərdən istifadə etmək mümkündür.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/hesabat-1_1hglho7.png)
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/hesabat-2_kbntut.png)

Satılmayan məhsullar hesabatının əsas məqsədləri:
* **Satılmayan və ya dövriyyəsi zəif olan məhsulları** operativ şəkildə müəyyən etmək
* Anbarda yığılıb qalan məhsulları analiz etmək
* **Maya dəyərini nəzərə alaraq** daha düzgün inventar qərarları vermək
* Zərər riskini azaltmaq və mənfəətliliyi artırmaq


|| Bu hesabat satış dinamikasını izləməyə, dövriyyəsi zəif məhsulları vaxtında müəyyən etməyə və inventar idarəçiliyində daha effektiv qərarlar verməyə kömək edir.
