> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 🧾 QR Menyuda Reklam Əlavə Etmək Artıq Mümkündür!

Artıq restoran sahibləri **Back Office → QR Menyu → Reklamlar** bölməsi vasitəsilə QR menyu üçün r**eklam (banner şəkli + mətn)** yarada bilərlər! 
Müştərilər menyunu açanda bu reklam onlara popup şəklində göstərilir.
** Əsas üstünlüklər:**
* Endirimləri, kampaniyaları və xüsusi menyuları birbaşa QR menyuda tanıtmaq imkanı
* Müştərilər reklamı dərhal görürlər, əlavə axtarışa ehtiyac yoxdur
* Reklamların idarəsi çox asan və çevikdir: əlavə et, düzəlt, aktiv/deaktiv et
**‍ Restoran sahibləri üçün (Back Office): **Yeni **“Reklamlar”** bölməsi QR Menyu modulunun içindədir. Buradan:
    * Şəkil yükləmək
    * İstəyə görə başlıq və təsvir əlavə etmək
    * Reklamları saxlamaq və idarə etmək mümkündür.
* Eyni anda **yalnız 1 aktiv** reklam ola bilər.
* Reklamlar ON/OFF düyməsi ilə idarə olunur.
** Müştərilər üçün (QR Menyu):**
* Aktiv reklam varsa → **menyu açıldıqdan 2 saniyə sonra** popup görünür.
* Reklam yoxdursa → menyu normal şəkildə açılır.
** [Demo videoya bax](https://www.loom.com/share/f3f32fc3e49a491380214aa0aedbecbd?sid=4638cd35-7879-4c9b-a297-b62ba4eaa876)