> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# QR Menyu- Menyu quruluşu

# QR Menyu- Menyu qurulıuşu
Bu bölmə **QR Menyu** üçün xüsusi olaraq hazırlanmışdır. Burada edilən dəyişikliklər yalnız QR menyuya təsir edir — terminalda görünən menyuya deyil.
QR Menyu quruluşunda siz məhsulların və kateqoriyaların sırasını dəyişə bilərsiniz. Məsələn, ən çox satılan məhsulları yuxarıya, mövsümi təklifləri ön plana çıxara bilərsiniz.

### Bölməyə daxil olun
1. **Arxa panel**-ə daxil olun.
2. Sol menyudan **QR Menyu** bölməsini seçin.
3. **Menyu quruluşu** alt bölməsinə klikləyin.
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/screenshot2_13n1lxv.png)

Ekranda menyu Kateqoriyaları sütun şəklində görünəcək.
###  Kateqoriya seçin
* Hər hansı bir **kateqoriyanın üzərinə klikləyin**.
* Həmin kateqoriyaya aid **Məhsullar sütunu** açılacaq.
* Bu sütunda o kateqoriyanın bütün məhsullarını görəcəksiniz.

### Sıranı dəyişin (Sürükle-Burax)
1. Yeri dəyişdirmək istədiyiniz **məhsulun** və ya **kateqoriyanın** yanındakı 2** xətt (☰) ikonunun** üzərinə mausunuzu gətirin.
2. Bu zaman kursor **əl (✋) işarəsinə** çevriləcək.
3. Mausun sol düyməsini **basılı tutun**.
4. Elementi istədiyiniz yerə **yuxarı və ya aşağı sürüşdürün**.
5. Düzgün yerə gəldikdə mausu **buraxın**.

Eyni prosesi həm kateqoriyalar, həm də məhsullar üçün tətbiq etmək mümkündür.
###  Dəyişiklikləri yadda saxlayın
* Bütün düzəlişləri etdikdən sonra yuxarıdakı **"Saxla"** düyməsinə klikləyin.
* Dəyişikliklər dərhal **QR menyuda** görünəcək.

|| 💡 "Saxla" düyməsinə klikləməsəniz, etdiyiniz dəyişikliklər yadda saxlanmayacaq. Əgər həm terminal, həm də QR menyunu eyni vaxtda yeniləmək istəyirsinizsə, hər iki bölmədə ayrıca dəyişiklik etməlisiniz.