> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Qiymət cədvəllərinin Excel ilə import edilməsi

### Çoxlu sayda məhsula Qiymət cədvəlləri təyyin etmişiksə onları bir-bir dəyişmək əvəzinə, hamısını Excel faylı ilə toplu şəkildə yeniləyə bilərsiniz. Bunun üçün əvvəlcə məhsul siyahısını Excel formatında ixrac edir, faylda yeni qiymətləri hazırlayır, sonra isə həmin faylı qiymət cədvəllərinə import edirsiniz.

### Məhsul siyahısını ixrac etmək

Arxa paneldə **Menyu → Məhsullar** bölməsinə daxil olun. Burada bütün məhsullarınız görünür. Sağ üst hissədəki **cədvəl (sütun)** ikonuna klikləyib sizə lazım olmayan sütunları bağlayın və yalnız **Ad** və **Qiymət** sütunlarını aktiv saxlayın.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_8hcnzo.png)
Daha sonra sağ yuxarıdakı **ixrac (endir)** ikonuna klikləyin, açılan pəncərədə **Siyahı** seçimini edin və **Endir** düyməsi ilə faylı Excel formatında kompüterinizə yükləyin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1y0k7go.png)
### Excel faylını hazırlamaq
Yüklədiyiniz Excel faylını açdıqda qarşınıza üç sütun çıxır: **Id**, **Ad** və **Qiymət**.

* Faylda yeni bir **price** sütunu yaradın.
* Id sütununun adını dəyişərək **product_id** edin.
* Məhsulların adına və hazırkı qiymətinə baxaraq **price** sütununda yeni qiymətləri qeyd edin.
* Qiymətini dəyişmək istəmədiyiniz məhsulların sətirlərini silin.
* Yeni qiymətləri yazıb bitirdikdən sonra **Ad** və köhnə **Qiymət** sütunlarını silin. Faylda yalnız **product_id** və **price** sütunları qalmalıdır.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_cejgv8.png)
|| Bu formada məhsulun adına və qiymətinə baxaraq **Price** sütununda yeni qiymətləri qeyd edirik.


![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_8fhm4o.png)

|| Yeni qiymətləri əlavə etdikdən sonra Ad və Qiymət sütununu silirik və excel faylımız bu formada idxal (import) etmək üçün tam hazırdır.

### Faylı qiymət cədvəlinə import etmək
Arxa panelə qayıdın və **Tətbiqlər → Qiymət cədvəlləri** bölməsinə keçid edin. Yaratdığınız cədvəlin qarşısındakı **Import** düyməsinə klikləyib hazırladığınız Excel faylını əlavə edin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1z0kb5v.png)
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_tylmlu.png)
Bundan sonra fayldakı məhsulların hər birinə həmin qiymət cədvəlinə uyğun ikinci qiymət təyin olunmuş olur.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_6g18vt.png)
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_prnksd.png)
Qiymət cədvəlləri haqqında digər məqalə:
[**Qiymət cədvəlləri: Fərqli qiymət strategiyaları yaratmaq**](https://az.help.clopos.com/az/article/qiymet-cedvelleri-ferqli-qiymet-strategiyalari-yaratmaq-1ovx44r/)