> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# 💰 Pul Formatlarının Tənzimlənməsi

Clopos sistemində həm arxa paneldə, həm də terminalda istifadə olunan pul formatlarını öz işinizə uyğun şəkildə tənzimləmək mümkündür. Bu imkan sizə məbləğlərin daha oxunaqlı, düzgün və istifadəçi yönümlü şəkildə əks olunmasını təmin edir.

Dəyişiklikləri tətbiq etmək üçün **Arxa Panel → Tənzimləmələr → Ümumi** bölməsinə keçid edərək, **Maliyyə** səhifəsini açın.

Bu səhifədə aşağıdakı parametrləri tənzimləyə bilərsiniz:

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/3/b/0/0/3b00faec12865600/eb917ca2-b71d-4af5-9c17-afcc86_19gfc67.png)

* **Pul formatı** – Məbləğin necə göstəriləcəyini müəyyən edir (məsələn, 1,000.00 və ya 1000,00 kimi).

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/9/c/2/0/9c20f084acea7000/dcf1bf2f-9045-493a-9b38-1b7f52_1ip2mvd.png)

* **Pulun kəsr hissəsi** – Pulun kəsr hissəsindəki sıfırlar, istəyə görə göstərilə və ya gizlədilə bilər.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/b/e/2/8/be288031f9140000/f1d1ddfb-2be2-42ab-a9b1-7a7ded_mu2k2b.png)

* **Valyuta işarəsinin mövqeyi** – Valyuta simvolunun (AZN, $, € və s.) məbləğin əvvəlində və ya sonunda yerləşəcəyini seçə bilərsiniz. Həmçinin, istəyə uyğun olaraq valyuta simvolunu tamamilə silmək də mümkündür.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/c/2/a/1c2a795cc2e77e00/dffab040-160f-4ef9-98f0-904b98_c7p2ig.png)

💡[Valyuta](https://az.help.clopos.com/az/article/valyuta-isaresinin-deyisdirilmesi-eud51b/) işarəsini dəyişmək üçün **Arxa panel → Tənzimləmələr → Ümumi** bölməsində mövcud valyuta variantları arasından seçim edə bilərsiniz.