> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Parolu unutmusunuz?

${frame}[](https://www.youtube.com/embed/lqbk9eCH_nc)

**Brendinizin şifrəsini unutmusunuzsa, nə etməli?**

Əgər brendinizin şifrəsini unutmusunuzsa, aşağıdakı addımları izləyərək onu bərpa edə bilərsiniz:

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/4/d/1/d4d1314069bec800/636d16ea-fd56-4e85-95ec-e97de5_n6tvuv.png)

1. **Clopos.com** saytına daxil olun və yuxarı sağ küncdəki **Giriş** düyməsini klikləyin.
2. Açılan səhifədə brendinizin adını düzgün şəkildə qeyd edin. Əgər ad düzgün yazılıbsa, səhifə yenilənəcək və təsdiqləndiyinə dair bir işarə görünəcək.
3. Daha sonra **Parolu unutmusunuz?** düyməsinə klikləyin.
4. Açılan sahədə elektron poçt (e-mail) ünvanınızı daxil edin.
5. Elektron poçt ünvanınıza təsdiq kodu göndəriləcək. Həmin kodu açılan səhifədəki **Kod** sahəsinə daxil edin.
6. Təsdiq kodu düzgün daxil edildikdə, sizdən yeni şifrə yazmağınız tələb olunacaq.
7. Yeni şifrəni daxil etdikdən sonra **Parolu yenilə** düyməsinə klikləyin.

**Qeyd:** Elektron poçt ünvanınıza göndərilən kod yalnız bir dəfə istifadə edilə bilər.

Əgər proses uğurla tamamlanarsa, hesabınıza daxil olduğunuz bütün cihazlardan avtomatik çıxış ediləcək və yeni şifrəniz aktiv olacaq.
