> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Ödəniş üsulunun dəyişdirilməsi

## CLOPOS Sistemində Bağlanmış Çekin Ödəniş Üsulunun Dəyişdirilməsi:

Clopos sistemində, ödəniş üsulunu həm arxa paneldən, həm də satış terminalından sonradan dəyişdirmək mümkündür. Bu, ödəniş metodlarında dəyişiklik tələb olunduğu halda istifadəçilər üçün rahatlıq təmin edir.

## Ödəniş Üsulunun Arxa Paneldən Dəyişdirilməsi:

* Arxa panelə daxil olaraq, "**Satış-Çeklər"** bölməsinə keçin.
Dəyişiklik etmək istədiyiniz çeki tapın və üzərinə gəlin. Daha sonra **"Dəyişmək"** seçimini klikləyin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/8/b/1/e8b1c5879dedc800/b69545d9-1e21-4bfe-8511-0c3338_m7qw8e.png)

## Nağd və Kart Ödəniş Üsullarını Dəyişmək

Arxa panel üzərindən ödəniş üsuluna dəyişiklik edə bilərsiniz. Sistemin avtomatik olaraq yaradılmış "müştəri balansı" və "keşbek" ödəniş üsullarına dəyişiklik etmək mümkün deyil.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/c/e/6/e/ce6e1e74bec24800/57188cb3-0ec4-44d1-8496-ba7538_11lq3ee.png)


## Əlavə Et və Saxla

Həmçinin, ödənişi bir neçə üsul arasında bölmək üçün **"Əlavə et"** seçiminə klikləyərək, ödənişi bölə bilərsiniz. Saxla klikləyərək məlumatları təsdiqləyin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/0/1/5/7015996bd72f5400/e94a9f22-c6fa-4050-9240-18458f_1k91w3u.png)

Terminaldan ödəniş üsulunu dəyişmək ilə bağlı geniş məlumatı [Çekin yenidən açılması](https://az.help.clopos.com/az/article/baglanmis-ceklerin-yeniden-acilmasi-3nm5wb/) sözünə klikləyərək əldə edə bilərsiniz.
​