> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Müştəriləri Sistemə İmport Etmək

Müştəri bazasında müştəri adı, nömrəsi və ünvanı qeyd edilir ki, bu da onların qəbzlərinin, keşbeklərinin izlənməsinə, sifarişin çatdırılmasına kömək edir. [Loyallıq ](https://az.help.clopos.com/az/article/loyalliq-proqraminin-istifade-qaydasi-17l1fnt/)proqramı çərçivəsində müştərilər hər alış-verişdə müəyyən bir faizlə kesbek (geri ödəniş) yığa bilərlər. Bu, müştərinin etdiyi alış-verişin bir hissəsinin ona geri qaytarılması deməkdir və müştərini daha çox alış-veriş etməyə təşviq edir.

**Clopos** sistemində müştəri bazasını toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni **Excel** sənədi yaradıb, müştərilərin adlarını, nömrələrini, doğum tarixlərini və s. cədvəl şəklində qeyd etməlisiniz.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/1/5/d/e15df3da42dca800/a35d1ba2-571c-4cea-84a0-b6d081_dh2a5q.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1464433631/501ae5ba2daca266fc2f9da51b38/Screenshot_3.png?expires=1759767300&signature=0be1ecc8b6da6ec6558627e7035bf500285aeeb9327f93768768a1b93b321e16&req=dSQhEs19nodcWPMW1HO4zRJhL2wrNmOAD1iv2twdCl9StZxcAfj2NTBQimjG%0AelOyMKsM6ONIOjfjxQs%3D%0A)

**Müştəriləri Excel faylından sistəmə import etmək üçün aşağıdakı sütunların düzgün doldurulması vacibdir:**

* **Ad Soyad** (Name)
* **Mobil Nömrə** (Phone)
* **Doğum Tarixi** (Date of Birth - DOB)
* **Ünvan** (Address)
* **Cins** (Gender)
* **Balans** (Balance) - Burada müştərinin borcu və ya avansı qeyd olunur.
* **Qrup** (Group) - Əgər müvafiq qrup mövcuddursa, müştəri həmin qrupa əlavə olunacaq, yoxsa yeni bir qrup yaradılacaq.

Excel faylını müvafiq məlumatlarla doldurduqdan sonra **Marketinq → Müştərilər** bölməsinə keçin və açılan pəncərədə **İmport** düyməsinə seçin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/6/d/0/76d0db4e5f9cf000/7b57bd43-55a0-43db-956b-b4c517_pgcit7.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1464436668/a7d1317192220d8124889750e9a0/Screenshot_4.png?expires=1759767300&signature=9a3e9452e6b5c03c0d25c3733fc827d2b8fc09c80f157ee883fbb5e853f5d12a&req=dSQhEs19m4dZUfMW1HO4zXVatnNOGRYYuRAuX1XGbZe2wdlXnHlashloHrJ4%0A4oXt9%2ByqfrCCVxtWbY8%3D%0A)

Açılan pəncərədə düzəltdiyiniz menyunu seçin və **Open** düyməsini klikləyin, ardından müştərilər sistemə yüklənəcək

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/d/1/9/0/d1903c2e2ab16000/860f88f8-f117-4e64-bf3f-d7df0f_1ubpzf1.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1464438916/9bdc31fbf6128734333e4730661d/Screenshot_5.png?expires=1759767300&signature=1fd87183bc7273d61f395afa8cd03de9406f47864c991dcf36bfd6524b04a2b9&req=dSQhEs19lYheX%2FMW1HO4zb7RojCgyY3LCu6RHFZv13LjMBvsWYTnDurkNWRN%0AC012GkMQzAwx6IJjB0Y%3D%0A)

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!

[Excel faylını yükləyin!](https://docs.google.com/spreadsheets/d/1of_wOeDenXUcdQQihYqEi7s3UJaIoSn7/export?format=xlsx)

---

Müştərilərin idarə olunması mövzusunda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı məqalələri oxumağınızı tövsiyə edirik:

[Müştəri yaratmaq](https://az.help.clopos.com/az/article/musteri-yaratmaq-1ooladv/)

[Müştəri balansı](https://az.help.clopos.com/az/article/musteri-balansi-b1fxsy/)

[Müştəri qrupu yaratmaq](https://az.help.clopos.com/az/article/musteri-qrupu-yaratmaq-1jy4g6p/)