> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Müştəri idarəetməsi

### Müştəri idarəetməsi əməkdaşların terminalda müştərilərlə bağlı hansı əməliyyatları görə biləcəyini və kassirin müştəriləri hansı sahələr üzrə axtara biləcəyini tənzimləməyə imkan verir. Bu parametrlər həm məlumat təhlükəsizliyini, həm də terminalda müştəri axtarışının sürətini idarə etmək üçün istifadə olunur.

### Müştəri idarəetməsi icazələri
Əməkdaşların müştərilərlə bağlı hansı əməliyyatları görə biləcəyi vəzifə səviyyəsində təyin olunur. Bunun üçün **Əməkdaş → Vəzifələr** bölməsinə daxil olun və müvafiq vəzifəni seçin. **Müştəri idarəetməsi** bölməsində üç icazə mövcuddur:

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_naa7uq.png)
 **Terminal müştəri redaktəsi** – **Əməkdaşa terminalda müştəri məlumatlarını redaktə etmək (dəyişmək) imkanı verir.**

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_w8m9qo.png)

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1m82s0s.png)

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_16mxgs4.png =990xauto)

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1t36ip3.png =987xauto)
 **Terminalda müştərilərin görünməsi** – Aktiv olduqda əməkdaş terminalda müştəri siyahısını görə bilir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1b3dvzu.png)
 **Loyallıq balansından istifadə** – Əməkdaşa müştərinin loyallıq balansından istifadə etmək (ödənişdə tətbiq etmək) imkanı verir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_12iq2wd.png)
Lazım olan icazələri seçib vəzifəni yadda saxladıqdan sonra həmin vəzifəyə təyin olunmuş bütün əməkdaşlara bu icazələr şamil olunur.

### [Müştəri axtarış parametrləri](https://az.help.clopos.com/az/article/musteri-axtaris-parametrleri-nxx1w0/)
Kassirin terminalda müştəriləri hansı sahələr üzrə və hansı qaydada axtaracağını **Tənzimləmələr → Terminal** bölməsindəki **Müştəri axtarış parametrləri** hissəsindən tənzimləyə bilərsiniz.

![](ŞƏKİL_BURAYA_2)