> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Müştəri axtarış parametrləri

## Bu bölmə nə üçün lazımdır?

Kassir terminalda müştəri axtararkən sistem hansı sahələrə görə axtarış aparacağını və nəticələrin necə göstəriləcəyini **Müştəri axtarış parametrləri** bölməsindən tənzimləmək mümkündür. Bu parametrlər düzgün qurulduqda kassir müştərini daha sürətli tapır — xüsusilə böyük müştəri bazasına sahib müəssisələrdə axtarış vaxtı əhəmiyyətli dərəcədə azalır.
Parametrlərə daxil olmaq üçün arxa paneldə **Tənzimləmələr → Terminal → Müştəri axtarış parametrləri** bölməsinə keçin.

## Müştəri axtarış sahələri
Bu parametr kassirin terminalda müştəriləri **hansı sahələrə görə** axtara biləcəyini müəyyən edir.
Açılan menyusundan bir və ya bir neçə sahə seçmək mümkündür:

*       **Hamısı** — bütün mövcud sahələr üzrə axtarış aparılır (standart seçim).
*       Yalnız müəyyən sahələr üzrə axtarış aparmaq istəyirsinizsə, həmin sahələri ayrıca seçin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1x41toq.png)
|| 💡 **Tövsiyə:** Müştəri bazanız böyükdürsə və kassirləriniz əsasən telefon nömrəsi ilə axtarış aparırsa, yalnız **Telefon** sahəsini aktiv etmək axtarış sürətini artırır.

## Müştəri axtarış rejimi
Bu parametr axtarış nəticələrinin necə uyğunlaşdırılacağını müəyyən edir. 
3 seçim var
* Tam axtarış (içərisindədir)  **- Ad** sahəsi həmişə **"içərisindədir"** rejiminə uyğun işləyir — bu rejim dəyişdirilə bilməz.
* Əvvəldən 
* Sonundan
![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1nfdfni.png)
||| 💡 **Vacib qeyd:** Axtarış rejimi **Telefon, ID və Müştəri kodu** sahələrinə tətbiq edilir. **Ad** sahəsi isə seçilmiş rejimdən asılı olmayaraq həmişə **"içərisindədir"** prinsipi ilə işləyir.

Müştərilərin idarə olunması mövzusunda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı məqalələri oxumağınızı tövsiyə edirik:

[Müştəri yaratmaq](https://help.clopos.com/tr/articles/6305802-must%C9%99ri-yaratmaq)
[Müştəri qrupu yaratmaq](https://az.help.clopos.com/az/article/musteri-qrupu-yaratmaq-1jy4g6p/)
[Müştəriləri Sistemə İmport Etmək](https://az.help.clopos.com/az/article/musterileri-sisteme-import-etmek-9v7yjh/)
[Müştəri idarəetməsi](https://az.help.clopos.com/az/article/musteri-idareetmesi-sotb5i/)