> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Menyunun Excel ilə import edilməsi

**Clopos** sistemində menyunu toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni **Excel** sənədi yaradıb, məhsulların adlarını, qiymətini, kateqoriyasını, şöbəsini və növünü cədvəl şəklində qeyd etməlisiniz.

### İmport sənədinin yaradılması ardıcıllığı ilə tanış olaq:

1. **MS Excel** yeni fayl yaradırıq.
2. Faylın sütunlarını aşağıdakı şəkildə qeyd edirik.

Şəkildə göstərilən qaydada məhsullarımızı və **Tex. Kartalarımızı** əlavə edirik.

### Sütunlar aşağıdakı şəkildə qeyd edilir:

* **Name** – Hazır məhsulun və ya Tex.Kartanın adı qeyd edilir.
* **Price** – Məhsulu satacağımız qiymət qeyd edilir.
* **Category** – Məhsul və ya Tex.Kartanın kateqoriyası qeyd edilir.
* **Station** – Məhsul və ya Tex.Kartanın hazırlandığı yer qeyd edilir. Hansı ki, siz həmin şöbəyə printer quraşdırıb, terminaldan göndəriləcək çeklərin hansı şöbəyə gedəcəyini təmin edəcək.
* **Type** – Məhsulun tipi qeyd edilir. Yalnız **DISH** və ya **GOODS** yazılmalıdır.
* **Barcode** – Əgər məhsulun barkodu varsa, qeyd edilə bilər. Yoxdursa, bu sütunu silə bilərsiniz.

|| 💡Yaradacağımız məhsul hazır məhsuldursa GOODS, Tex.Kartadırsa DISH qeyd edilməlidir. Əks halda excel faylı qəbul edilməyəcəkdir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/c/7/6/6/c766824834f51800/6e7d9be1-4070-420f-829e-bfdabf_ireyvs.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1718616994/09a7e5b18eeeee61ad774e917a96/image.png?expires=1759767300&signature=338e0e0f2ac13e9d22a0d4900e4e0bd8de4249b35fcecf7efced51aee640ddc0&req=dScmHs9%2Fm4hWXfMW1HO4zaI1BM9AXiDrq3FV6pfRhA2FMIfziVPcMRCbzuc2%0AgZiDow5qlCQcE%2B7E5Yw%3D%0A)

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!

[Excel faylını yükləyin!](https://drive.google.com/uc?export=download&id=1jgai8YACgBdc-AzDCJgGENaBxSijT9uD)
