> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Məhsulun silinməməsinin 4 səbəbi

## Məhsulu silmək istəyərkən xəta bildirişi ilə qarşılaşırsınızsa, bunun dörd əsas səbəbini nəzərdən keçirməlisiniz:

### 1. Məhsulun açıq çekdə mövcud olması:

Əgər məhsul hər hansı bir açıq çekdə yer alırsa, yalnız həmin çeki bağladıqdan sonra məhsulu silmək mümkündür.

Bu xətanı aldığınız halda aşağıdakı addımları izləyin:

* **Satış** → **Çeklər** bölməsinə daxil olun.
* Həmin məhsul üzrə axtarış edin və məhsulun olduğu açıq çekin **ID** nömrəsini tapın.
* Terminalda həmin çekin ID-si ilə axtarış apararaq çeki bağlayın.
* Çeki bağladıqdan sonra məhsulu silməyə cəhd göstərin.  
​

Açıq çekdən məhsulu sildikdən sonra məhsulu silməyə cəhd göstərin. Əgər problem hələ də həll olunmayıbsa, başqa səbəbləri də yoxlayın.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/4/b/5/14b53046a751d600/638ca98a-2c50-4322-a7e8-eb9d1e_difd4n.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1253155146/f3362b02ef572304f8aea99ddba9/Screenshot_1.png?expires=1759767300&signature=c99360ce2c944f4f7e14692018df609e4e32a538ec29f07cf51a2e1af3f0d15c&req=dSIiFch7mIBbX%2FMW1HO4zXgBUCOfXPb7hil%2FUFyyCQyFXkZc5vDJ6P%2FrlNNr%0Arzmm2DeKLmUdF%2BBGdzY%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/9/f/5/49f5a330dd131000/e4e10d0c-9e16-47d3-9fde-805b9d_kkw4sb.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1253164453/0bfc320b53d8889139b42264cc67/Screenshot_2.png?expires=1759767300&signature=555cd659792fc9a5cfa5b4de9431a7033a50be39466e077237a6b6eb60265a16&req=dSIiFch4mYVaWvMW1HO4zYSxVd4WS6LpeK0kkCTq447tGpe2c9cwEODnQfFp%0AhDSNeWJE95nFHsZq5UA%3D%0A)

---

### 2. Məhsulun başqa məhsulların tərkibində istifadə olunması:

Əgər silmək istədiyiniz məhsul digər məhsulların tərkibində istifadə olunursa, məhsulu yalnız tərkibdən çıxardıqdan sonra silmək mümkündür.

Bu problemi həll etmək üçün aşağıdakı addımları izləyin:

* Silmək istədiyiniz məhsulun üzərinə klik edərək **Dəyiş** düyməsini seçin.
* **Tərkib** bölməsinə keçid edin.
* Məhsulu tərkibdən çıxarın.
* Dəyişikliyi təsdiq etmək üçün **Saxla** düyməsinə klik edin.

Tərkibdən çıxardıqdan sonra məhsulu silməyə cəhd göstərin. Əgər problem hələ də həll olunmayıbsa, başqa səbəbləri də yoxlayın.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/2/9/6/a/296a75100d352400/39bb6a15-0ddd-4e44-ae9a-5d19d5_1rnp4yq.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254737379/be471d921b1c7c940c300a79b480/Screenshot_1.png?expires=1759767300&signature=95b4648a7d3cbfae51b2e52f1a18c043b47d47e10f6d719c10c778624bdbdda4&req=dSIiEs59moJYUPMW1HO4zQH71kOd6mBwBn%2BGZFwkddFxdxkvBO4dMaZrfnNT%0AUALTLd3HdOTPvwxqCX8%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/0/4/6/e046b14f859e9000/46913bfe-00c7-47d5-b469-a749d5_e6d4yh.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254740151/5394be0c1e9f22bf816168c71d57/Screenshot_3.png?expires=1759767300&signature=b0444bf8cb55bcacf51639ca3c9f29f3ef7d6db327cb514e84fb507032f6b4d4&req=dSIiEs56nYBaWPMW1HO4zZ6PE0quqXRkBkDhLkPpKS84GmiozAYsA5HpPWcN%0Aaxny%2B76Foh%2FQzHHNPlk%3D%0A)

---

### 3. Məhsulun modifikator qrupunda istifadə olunması:

Əgər məhsul hər hansı bir modifikator qrupunun daxilində istifadə olunursa, onu yalnız həmin qrupdan çıxardıqdan sonra silmək mümkündür.

Bu vəziyyətdə aşağıdakı addımları izləyin:

* Silmək istədiyiniz məhsulun üzərinə klik edərək **Dəyiş** düyməsini seçin.
* **Modifikator** bölməsinə keçid edin.
* Məhsulu modifikator qrupundan çıxarın.
* Dəyişikliyi təsdiq etmək üçün **Saxla** düyməsinə klik edin.

Məhsulu modifikator qrupundan çıxardıqdan sonra silmək mümkündür. Əgər problem davam edirsə, digər səbəbləri də yoxlayın.  
​

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/c/7/6/7/c7676137133e4000/685b31a0-288a-4c08-8fa4-665eca_q7zy57.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254742045/f997778d204c6eb8d53552ddc99e/Screenshot_4.png?expires=1759767300&signature=2f55c5962caf2bf84d5837507ed804a5baf5d91c53f0ddf3dbe261d629916f88&req=dSIiEs56n4FbXPMW1HO4zQ5rprNSbd3FHwvn3PpoMsXkl2EAnZXTNJYhDU94%0A9LwqprGkquccqATgWlU%3D%0A)

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/9/3/8/4938f67da5c22c00/22b310cc-aa4c-4d9b-a79c-7fdef4_13i4h0h.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254746338/10ebdf8b1fca6f6247c797d1900a/Screenshot_5.png?expires=1759767300&signature=f2e5d5b6aa919f84c7c759fde4bfeeda47410af854f412dba09b725a82bc9d59&req=dSIiEs56m4JcUfMW1HO4zc9t2vP4jeM0x1QpNnhq6eINGvpbREOgw%2Fh9Md%2BW%0AsKVdM7evRlRWAupmdV4%3D%0A)

---

​

### ​4. Məhsulun anbar ehtiyatında olması:

Əgər silmək istədiyiniz məhsul anbar ehtiyatında mövcuddursa, onu yalnız ehtiyatdan sıfırladıqdan sonra silmək mümkündür.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/7/d/5/57d5df96de3ba000/c9d62331-aad5-4f14-ad50-4c2b21_jojjbz.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1257116054/5b98534c6191cb9a1c9f81da5b5c/Screenshot_1.png?expires=1759767300&signature=1e981cf9dada10d7114a6a7647f0c9f9be22fb6907166f963e89d5cf7484282b&req=dSIiEch%2Fm4FaXfMW1HO4zdPjGqCbT5pDzRxQukpkuGDrVvAczz3TKdapqSxI%0AeL2zu1quVJ0vcNQ7%2B4s%3D%0A)

Məhsulu ehtiyatdan sıfırlamaq üçün aşağıdakı addımları izləyin:

#### Məhsulun ehtiyatını yoxlamaq:

* **İnventar → Ehtiyat** bölməsinə daxil olun.
* Məhsulunuzu tapmaq üçün axtarış edin.
* Məsələn, "Əsas Anbar"da məhsulun mövcud miqdarını yoxlayın (məsələn, 12 ədəd).

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763617/211923a388ce9296ccd507875e9e/3.png?expires=1759767300&signature=8c434a34349d542d50639a0999dd054919a86baa449841ebf5bc84699cea1dcb&req=dSIiEs54nodeXvMW1HO4zbfG22V3mfZJZ6FQ%2FdiyOL1SG2ZlBcKoXQNuNZ%2BI%0Athb7FdYa2sMfTnp0SOs%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763617/211923a388ce9296ccd507875e9e/3.png?expires=1759767300&signature=8c434a34349d542d50639a0999dd054919a86baa449841ebf5bc84699cea1dcb&req=dSIiEs54nodeXvMW1HO4zbfG22V3mfZJZ6FQ%2FdiyOL1SG2ZlBcKoXQNuNZ%2BI%0Athb7FdYa2sMfTnp0SOs%3D%0A)

#### Məhsulun ehtiyatını sıfırlamaq:

* **İnventar → İnventarlaşdırma** bölməsinə daxil olun.
* **Yarat** düyməsinə klikləyin.  
Bu bölmə, anbar qalığının sistemə daxil edilməsi və yenidən hesablanması üçün istifadə olunur.

**Açılan pəncərədə:**
* **Anbar** hissəsindən ehtiyatı hesablayacağınız anbarı seçin.
* **"Addım 2"** düyməsinə vurun və aşağıdakı **Əlavə et** bölməsinə keçin.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763620/5640b1b0fb9c6d99cd1dd0a15b3a/4.png?expires=1759767300&signature=a771de451a6946a4b7f2205ea994208eb02bd624d4ad48a7c658e182b86b4bc2&req=dSIiEs54noddWfMW1HO4zdECIsGl%2BFjicrn2XqM9WxaxP0Bg1dMxqQqpENut%0A2KSLZVLJaUeeBBDYyhE%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763620/5640b1b0fb9c6d99cd1dd0a15b3a/4.png?expires=1759767300&signature=a771de451a6946a4b7f2205ea994208eb02bd624d4ad48a7c658e182b86b4bc2&req=dSIiEs54noddWfMW1HO4zdECIsGl%2BFjicrn2XqM9WxaxP0Bg1dMxqQqpENut%0A2KSLZVLJaUeeBBDYyhE%3D%0A)

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1257118964/2aeb73e25a7e3366b3920d1c4840/Screenshot_1.png?expires=1759767300&signature=9f2bf414e8278b4680aec712a3563aff866c013f74303227600ed9b1b3ee4c5c&req=dSIiEch%2FlYhZXfMW1HO4zWrQMdf9M43wVpTXcTVOzWqWh6jCgJETFQTjGL2w%0AJjZpM2LOkE72n3cLzu4%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1257118964/2aeb73e25a7e3366b3920d1c4840/Screenshot_1.png?expires=1759767300&signature=9f2bf414e8278b4680aec712a3563aff866c013f74303227600ed9b1b3ee4c5c&req=dSIiEch%2FlYhZXfMW1HO4zWrQMdf9M43wVpTXcTVOzWqWh6jCgJETFQTjGL2w%0AJjZpM2LOkE72n3cLzu4%3D%0A)

|| 💡"Addım 2" məhsulların, inqrediyentlərin və hazırlamaların hesablanması üçün nəzərdə tutulub.

#### Məhsulun faktiki qalığını sıfırlamaq:

* Sayımı aparmaq istədiyiniz məhsulu seçin (məsələn: *Cola Banka 330ml*).
Aşağıda yerləşən **Tətbiq et** düyməsinə klikləyin.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1257119493/fc9605a32f2d4af939e794c1c091/Screenshot_2.png?expires=1759767300&signature=baf3ec0bb149f938d194ddded4790238e0b8c5abc6561794867f0155045aa0d9&req=dSIiEch%2FlIVWWvMW1HO4zUZ%2F2i4JjQr5Fr9dho%2FdKx5QFw%2B8XA%2BpA2iGck7y%0AUSoX%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1257119493/fc9605a32f2d4af939e794c1c091/Screenshot_2.png?expires=1759767300&signature=baf3ec0bb149f938d194ddded4790238e0b8c5abc6561794867f0155045aa0d9&req=dSIiEch%2FlIVWWvMW1HO4zUZ%2F2i4JjQr5Fr9dho%2FdKx5QFw%2B8XA%2BpA2iGck7y%0AUSoX%0A)

**Açılan pəncərədə:**

* **Gözlənilən qalıq** (məhsulun anbarda cari miqdarı) və **Faktiki anbar qalığı** (sayım sonrası miqdarı) sahələrini görün.
* **Faktiki anbar qalığı** sıfır olaraq gələcək. Məlumatı təsdiqləyərək **"İnventarlaşdırma yoxlamasını aparın"** düyməsinə vurun.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763616/30c2d165df03e3334a798f9249f0/7.png?expires=1759767300&signature=6e0dadceeb7fa6ea16cb4f38db556c87604908f6b06c2209244efef5e7d6bfcb&req=dSIiEs54nodeX%2FMW1HO4zfDh6%2Frkg7lMrC7%2FBpf%2BqI8wsAhj4PbLvwLvXkn1%0AqYDKC0hDIO6t9%2BNcryY%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763616/30c2d165df03e3334a798f9249f0/7.png?expires=1759767300&signature=6e0dadceeb7fa6ea16cb4f38db556c87604908f6b06c2209244efef5e7d6bfcb&req=dSIiEs54nodeX%2FMW1HO4zfDh6%2Frkg7lMrC7%2FBpf%2BqI8wsAhj4PbLvwLvXkn1%0AqYDKC0hDIO6t9%2BNcryY%3D%0A)

#### Məhsulu anbardan silmək:

* Yenidən **Ehtiyatlar** bölməsinə keçin.
* Məhsulun miqdarı artıq sıfır olacaq.
* Məhsulun sətrinin sonunda yerləşən üç nöqtəyə (...) klik edərək **Sil** seçimini edin.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763618/15dde328e02bd5db6c3c80932acc/8.png?expires=1759767300&signature=e391d66a210ba0993a201d583765758b3ad718198f807eebf6f3c341797e2ed1&req=dSIiEs54nodeUfMW1HO4zV9eFTxIe6wATdjq%2FvMtgsJed0vc7GE4FxTRDCTi%0AVps1%2FhAkNUOX%2FOECxho%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763618/15dde328e02bd5db6c3c80932acc/8.png?expires=1759767300&signature=e391d66a210ba0993a201d583765758b3ad718198f807eebf6f3c341797e2ed1&req=dSIiEs54nodeUfMW1HO4zV9eFTxIe6wATdjq%2FvMtgsJed0vc7GE4FxTRDCTi%0AVps1%2FhAkNUOX%2FOECxho%3D%0A)

#### Məhsulu menyudan silmək:

* **Menyu → Məhsullar** bölməsinə keçin.
* Məhsulun sətrinin axırında yerləşən üç nöqtəyə (...) klik edərək **Sil** seçimini edin.

Bu addımları tamamladıqdan sonra məhsulu anbar ehtiyatından çıxardaraq tamamilə silə bilərsiniz.

[![](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763619/ad1d016e6c046fbff5b462403774/9.png?expires=1759767300&signature=336adf339ad9317a2cb3c9d7f2a6b80065fdee8631121517cc1819431ed3a89e&req=dSIiEs54nodeUPMW1HO4zUFLFenABRnV2J9wHPSE3BONsZkgeErAjr9cnnQs%0ACkDvgitj6ivsA2C4Yo4%3D%0A)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1254763619/ad1d016e6c046fbff5b462403774/9.png?expires=1759767300&signature=336adf339ad9317a2cb3c9d7f2a6b80065fdee8631121517cc1819431ed3a89e&req=dSIiEs54nodeUPMW1HO4zUFLFenABRnV2J9wHPSE3BONsZkgeErAjr9cnnQs%0ACkDvgitj6ivsA2C4Yo4%3D%0A)
