Məqalələr: Menyu
Bu məqalə də mövcuddur:

Məhsulun qiymətinin dəyişdirilməsi

Məhsulun Qiymətini Arxa Paneldən Dəyişdirmək:


Məhsulun qiymətini dəyişmək üçün Menyu → Məhsullar bölməsinə daxil oluruq. Qiymətini dəyişəcəyimiz məhsulu tapıb, üzərinə klik edirik və ya 3 nöqtədən Dəyiş düyməsini klikləyirik. Açılan pəncərədə satış qiymətini dəyişdikdən sonra, Saxla düyməsini klikləyirik.



Məhsulun Qiymətini Terminaldan Dəyişdirmək:


Məhsulun Qiymətini Dəyişdirmək:


Məhsulun qiymətini dəyişdirmək üçün Ayarlar düyməsinə klik edib, Qələm düyməsini aktiv edirik. Qələm düyməsi aktiv olduqdan sonra, dəyişdirmək istədiyimiz məhsulun üzərinə klik edirik və müvafiq pəncərə açılacaqdır.



Dəyişikliyi Saxlamaq:


İstənilən dəyişikliyi etdikdən sonra, Saxla düyməsinə klik edirik və Qələm düyməsini yenidən söndürürük. Bu halda, məhsulun üzərinə klik etdiyimiz zaman dəyişiklik pəncərəsi açılmayacaq və məhsul çekə əlavə ediləcək.




Yeniləndi: 16/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!