Məqalələr: Menyu

Məhsulu filiala görə aktiv/deaktiv etmək

Əgər bir neçə filialınız varsa və menyudakı məhsulları yalnız bəzi filiallarda satır, digərlərində isə satmırsınızsa, həmin filiallar üçün məhsulu deaktiv edə bilərsiniz. Bunun üçün Menyu bölməsinə daxil olub Məhsullar səhifəsinə keçin, məhsulu siyahıdan tapın və qarşısındakı üç nöqtə işarəsinə klik edərək “Dəyişmək” düyməsini seçin.



“Filiala görə” düyməsini aktiv etdikdən sonra, aşağıdakı şəkildə göstərildiyi kimi bir pəncərə açılır. Bu pəncərədə filialları seçərək məhsulu ümumi şəkildə, yaxud yalnız QR menyuya görə qeyri-aktiv etməyi seçə bilərsiniz. Məhsulu qeyri-aktiv etdiyiniz zaman həmin filial üçün QR menyuda da göstərilmir.

Bu əməliyyatı toplu şəkildə də icra etmək mümkündür. Bunun üçün məhsulları Toplu əməliyyatlar vasitəsilə seçir və “Dəyiş” düyməsinə klik edirsiniz. Açılan pəncərədə filialı seçərək həmin filial üçün məhsulun statusunu aktiv və ya deaktiv edə bilərsiniz. Nəzərə almaq lazımdır ki, filial seçimi yalnız Status sahəsinə təsir edir.



Yeniləndi: 21/11/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!