> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Məhsul hərəkətləri

Sistemdə olan inqredientlərin və məhsulların anbarda **ətraflı hərəkətini izləmək** üçün, **İnventar** bölməsindən **Məhsul Hərəkətləri** hissəsini seçirik. Bu, məhsulların (inqrediyent, yarımfabrikat, hazır məhsul, tex.kart) anbardakı vəziyyətini və hərəkətini seçilmiş tarix aralığında izləməyə imkan verir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/1/4/9/9/149998718b742100/30d31b5f-56a1-4d28-86c1-191064_glc2be.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1693783563/f8697f19095da24a933e1cd698c3/Screenshot_1.png?expires=1759767300&signature=701369bbc54ac1610ee19496b63279488850db21b333e6d8f543d41e4d08a386&req=dSYuFc52noRZWvMW1HO4zTgCxDjlmaWT8S0og6KX4yfd0B2q23s2U%2B44CH0y%0Af0u1QatFjgqJT%2FnTzhM%3D%0A)

Məhsul hərəkəti haqqında ətraflı məlumat əldə etmək üçün, ilk öncə **anbarı**, sonra isə hərəkətini izləmək istədiyiniz **məhsulu** aşağıdakı şəkildə göstərilmiş hissələrdən seçirsiniz. Həmçinin, **əməliyyat növü** filterindən əməliyyatları **növünə görə** (məsələn, **tədarük**, **köçürmə** və s.) filtrləyə bilərsiniz. Bu, əməliyyatları daha dəqiq şəkildə izləməyinizə kömək edəcək.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/a/8/4/0/a840510012df1800/f1314758-fe1f-4e2c-af28-10f614_hczypo.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1710322140/115eea95b410a95919c24e9b031d/Group+3.png?expires=1759767300&signature=66399573e8d438bdc01feff0e0ec3cd5d0198157d54f9b775057f3d9d6768b3e&req=dScmFsp8n4BbWfMW1HO4zWFO5GiCLqBFq32j5F0cusAE6Z%2BMfx4Jp2Qr4y93%0ARMtPYRJHGX3lDIesBZI%3D%0A)

Açılan pəncərədə aşağıdakı məlumatlar göstərilir:

* **Əməliyyatın ID kodu** – Hər bir əməliyyatın unikal identifikatoru.
* **Əməliyyatın növü** – Həmin əməliyyatın hansı fəaliyyət növündən (satış, inventarlaşdırma, köçürmə və s.) yarandığı göstərilir.
* **Əməliyyatın miqdarı** – Əməliyyatın neçə ədəd olduğunu, məsələn, satış və ya köçürmə miqdarı.
* **Əvvəlki və sonrakı miqdar** – Məsələn, əvvəl **6 ədəd** var idi, **3 ədəd** satılıb və sonrakı miqdar **3 ədəd** olur.
* **Bir vahidin dəyəri** – Hər bir vahidin satış qiyməti və ya maya dəyəri qeyd edilir. Məsələn, **1 ədəd** satılıbsa, həmin vahidin **maya dəyəri** göstərilir.
* **Ümumi maya dəyəri** – Satılan məhsulun maya dəyəri, əgər **3 ədəd** satılıbsa, **3 ədəd**-ə uyğun olan **maya dəyəri** yazılır.
* **Əməliyyatın vaxtı** – Əməliyyatın gerçəkləşdiyi an.
* **Əməliyyatın yaranma vaxtı** – Əməliyyatın sistemdə qeydə alındığı vaxt.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/c/8/7/7c87c2e689e99400/6cfa41db-ff1f-4825-a750-c4aa29_qpwdkk.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1710324285/f81035cad3367573d0f355837450/Screenshot_1.png?expires=1759767300&signature=cf942bbc21d13b3a480acf9a53de2556149c2af3dfc24e1018731ee428a00f41&req=dScmFsp8mYNXXPMW1HO4zZOu36DQMKbTx6GYAXL43ogls%2FdbYSJP3FLiFIWs%0AoGXJjaINYjKWkQcPbs8%3D%0A)

|| 💡Əgər cədvəldə sizə lazım olan və ya lazım olmayan hər hansı sütun varsa, Cədvəl bölməsindən həmin sütunları aktiv və ya deaktiv edə bilərsiniz.

Hər bir əməliyyatın qarşısında olan **ID kodu** mavi rəngdədir və həmin əməliyyata daxil olmaq mümkündür. **ID kodunun üzərinə klik etdikdə**, əməliyyatın təfərrüatlarına **daha dəqiq şəkildə** baxa bilərsiniz. Misal üçün, **satış əməliyyatının ID kodunun** üzərinə klik etdikdə, **sağ tərəfdən** əməliyyatla bağlı **çek** açılacaq və əməliyyatın detalları göstəriləcək.

