> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Maliyyə kateqoriyası

## Maliyyə Kateqoriyalarının İdarə Edilməsi: Əsas Addımlar və Əhəmiyyəti

Maliyyə kateqoriyaları, maliyyə əməliyyatlarınızı izləməyi və idarə etməyi asanlaşdıran təsnifat sistemidir. Bu sistem, maliyyə fəaliyyətlərinizi daha aydın şəkildə görməyə, büdcənizi səmərəli planlaşdırmağa və gəlir-xərc balansınızı izləməyə kömək edir. Düzgün kateqoriyalaşdırma, maliyyə qərarlarını dəqiq məlumatlara əsaslanaraq verməyinizə imkan tanıyır.

## Maliyyə Kateqoriyası Yaratma Prosesi

Arxa paneldə yeni maliyyə kateqoriyası yaratmaq üçün aşağıdakı addımları izləyin:

* İlk olaraq, **"Maliyyə"** bölməsinə daxil olun.
* **"Kateqoriyalar"** seçimini seçin.
* **+Yarat** düyməsini klikləyin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/e/4/1/d/e41dd3e4fc42e800/8b60bd6c-1732-4c68-a750-6fbbae_15ykrdn.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1699317756/c2de456f346e99bbbd0267f554ad/Screenshot_3.png?expires=1759767300&signature=ef595dc9f94213a631812072c1fc622ef81ca04c898090769750e905d41dae0f&req=dSYuH8p%2FmoZaX%2FMW1HO4zfsom%2FQT6vBN5eXPuTO7TljvupvzELRCgR6EwvVO%0Ae%2BhID%2BHrQ3UjL%2FqzVmc%3D%0A)

Açılan pəncərədə aşağıdakı məlumatları doldurun:

* **Ad**: Yaratmaq istədiyiniz maliyyə kateqoriyasının adı.
* **Növ**: Bu, yarada biləcəyiniz üç növdən biri olacaq: **Mədaxil**, **Məxaric**, ya da **Hər ikisi**. Əməliyyata uyğun növü seçin.

1. **Mədaxil** -Əgər kateqoriya yaradarkən mədaxil seçimi etmişsinizsə, mədaxil əməliyyatı yaradarkən yalnız seçdiyiniz mədaxil kateqoriyaları görünəcək.
2. **Məxaric** - Əgər kateqoriya yaradarkən **məxaric** seçimi etmişsinizsə, məxaric əməliyyatı yaradarkən yalnız seçdiyiniz məxaric kateqoriyaları görünəcək.
3. **Hər ikisi** - Əgər kateqoriya yaradarkən **hər ikisi** seçimi etmişsinizsə, əməliyyat yaradarkən həm mədaxil, həm məxaric kateqoriyaları görünəcək.

* **Üst Kateqoriya**: Yaratdığınız kateqoriya üst kateqoriyadırsa, bu bölmədə heç bir kateqoriyanı seçməyin. Əgər alt kateqoriya yaradırsınızsa, müvafiq üst kateqoriyanı seçin.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/4/d/7/8/4d784e82424d9800/016d9f42-1b68-44a4-b404-faa636_17n7lwf.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1232733904/a243ed234865f8ceaa12da62f25b/2.png?expires=1759767300&signature=013cd3b3cbf0282940c1678b5adfe283276c5faa98b5ee8599e00c2f5b25f48d&req=dSIkFM59nohfXfMW1HO4zThsFYeLku9sH%2FNGDJc6GlePNfHUVOocshJbzgQ4%0AsD0iydxbQahRnOK9Pm8%3D%0A)

Sistemdə müəyyən kateqoriyalar mövcuddur ki, bu kateqoriyalar **sistem tərəfindən avtomatik olaraq yaradılmış** və **qıfıl işarəsi** ilə işarələnmişdir. Bu işarə, həmin kateqoriyalarda hər hansı bir dəyişiklik etməyin mümkün olmadığını göstərir.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/5/6/5/9/565994a8df010000/136a4c3b-59a0-40c4-9be4-10820f_yaz95c.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1699322237/48f46f7268e4bb297cc0cafa951c/Screenshot_5.png?expires=1759767300&signature=897b33cbf8ce393cdec1816fcef6d8633610ca604cca358d26f1a9591effdfd4&req=dSYuH8p8n4NcXvMW1HO4zTPbBzO2AdlQq%2BmGGfly8UXzi6IK9YnXopFfAnIl%0A3TtsP8H8haw94MXxaGw%3D%0A)

## Hesabatların İzlənməsi:

Yaratdığınız kateqoriyalar üzrə hesabatları izləmək üçün "**Maliyyə"** bölməsində **"Pul axını"** bölməsinə daxil olun. Bu, sizə maliyyə vəziyyətinizi daha dəqiq anlamağa kömək edəcək.

[![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/3/a/b/73ab2eba3de0cc00/472d9469-5bba-4cb9-8ac1-1c83ad_1tag0yp.png)](https://downloads.intercomcdn.com/i/o/xj4jn0kl/1699320644/b688f74f278dce2b746c997c1206/Screenshot_4.png?expires=1759767300&signature=089654aad9292ebbfea0bdadf07962512c6a8db805b03b2df9aaca91ddb42326&req=dSYuH8p8nYdbXfMW1HO4zeDwfqdy4k7FL9zzHBO8MWNKtYDwY%2Bjm1zMFd9A1%0AKyO4XbU6pU8jGz1dLEA%3D%0A)

